Son dəqiqə
Rüşvət, qohumbazlıq, universiteti məhkəməyə verən tələbə – BDU-da baş verən biabırçılıqlar Dövlət müəssisələri ilə bağlı mühüm qərar – Yeni plan bəlli oldu Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi – FOTOLAR Əhalinin son sayı – Açıqlandı “Sabah” – “Barselona” matçında inanılmaz anşlaq gözlənilir – Bu sayda bilet satılıb Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – FOTOLAR Bakıdan Balakənə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ! Bərpa olundu Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir? Həyətyanı torpaqlara çıxarış verilməsi ilə bağlı YENİ QAYDA

İngiltərə nəhəngi Osimhenin izində

İdman

“Mançester Yunayted” (Manchester United) Viktor Osimhenlə (Victor Osimhen) maraqlanmağa başlayıb.

Çağdaş.Az xəbər verir ki, bu barədə “The Hard Tackle” məlumat yayıb.

Məlumata görə, yeni baş məşqçi Maurisio Poçettino (Mauricio Pochettino) yanvar transfer pəncərəsində hücumçu alınmasını istəyir və “Qalatasaray”ın nigeriyalı forvardı onun əsas namizədlərindən biridir. Osimhenlə yanaşı, Vangelis Pavlidis, Seru Girassi (Serhou Guirassy) və İvan Toney (Ivan Toney) də “Mançester Yunayted”in hücumçu siyahısında yer alır.

Bildirilir ki, Poçettino Osimhenlə daha əvvəl də işləmək istəyib. Lakin 27 yaşlı futbolçunun yüksək transfer qiyməti və maaş tələbləri yanvarda keçidi çətinləşdirə bilər.

Osimhen hazırda “Qalatasaray”ın futbolçusudur və onun İstanbul klubundan mövsümün ortasında ayrılması asan görünmür. Daha əvvəl yayılan məlumatlarda “Qalatasaray”ın yanvarda futbolçunu satmaq niyyətində olmadığı bildirilmişdi./Fanat.Az/