Son dəqiqə
Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT

İran nüvə müqaviləsindən çıxdı

Dünya

İran nüvə obyektlərinə endirilən zərbələrdən və nüvə alimlərinin öldürülməsindən sonra faktiki olaraq Nüvə Silahlarının yayılmaması haqqında Müqavilədən (NSYM) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) üzvlüyündən çıxıb.

Çağdaş.Az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbül Fəzl Zöhrəvənd TASS-a müsahibəsində bildirib.

“Bizi həm agentlikdən, həm də NSYM-dən kənarlaşdırıblar”, – deyə o, sənədin 10-cu maddəsində nəzərdə tutulan İranın NSYM-dən çıxmaq imkanını şərh edərkən bildirib.

Deputat ölkəsinin nüvə obyektlərinə endirilən zərbələr və nüvə alimlərinin öldürülməsi yolu ilə faktiki olaraq “NSYM-dən kənara itələndiyini” qeyd edib./Teleqraf/