Son dəqiqə
Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT

Birinci xanımlar bir arada – FOTOLAR

Manşet

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.

Cagdas.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.

Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.

Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.

Daha sonra Vyetnamın rəmzi milli geyimi (Áo Dài) nümayiş olundu. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.

Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.

17952604365677134790
17952604361850347207
1795260436600626233
17952604361459827865
1795260436306247479
17952604366403611259
17952604362585015801
17952604362518456746
17952604361326120941
17952604363033944650
17952604365321364791