Son dəqiqə
Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT

Avropa müharibə başlayandan Ukrayna ilə Rusiyaya eyni məbləği xərcləyib – Şok sənəd

Dünya

Avropa İttifaqı və üzv dövlətlər 2022-ci ildən 2026-cı ilin oktyabr ayının ortalarına qədər Ukraynaya 231,5 milyard avro ayırıblar. Eyni dövrdə enerji də daxil olmaqla, Rusiya məhsullarının alınmasına Aİ 232,05 milyard avro sərf edib.

Çağdaş.Az xəbər verir ki, bu rəqəmlər Avropa Komissiyasının Avropa Parlamentinin üzvü Moritz Körnerin sorğusuna verdiyi cavabda əksini tapıb.

Sənəddən aydın olur ki, Fransanın bu “mübadilə”də rolu xüsusilə diqqətçəkəndir: Rusiyaya təxminən 40 milyard avro ödəniş, Ukraynaya isə 16 milyard avro yardım edilib.

İtaliyada da vəziyyət oxşardır.

Avrodeputat bu vəziyyətə görə Aİ ölkələrini günahlandırıb: “Avropa Putinin enerji ehtiyatları üçün ona müqavimət göstərdiyi qədər pul ödəyir. Və sonra müharibənin niyə dayanmadığını düşünürlər”./Musavat.com/