Son dəqiqə
Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT

Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu

Dünya

Rusiya, Çin və ABŞ liderlərinin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutan üçtərəfli görüşü BMT-nin islahatı üçün mühüm zəmin yaradıb.

Çağdaş.Az xəbər verir ki, bu fikri Ceffri Saks TASS agentliyinə APEC sammitinin yekunlarına dair müsahibəsində səsləndirib.

Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru olan Saks görüşü “tarixi və son dərəcə müsbət hadisə” kimi qiymətləndirib.

“Bu, üç liderin ilk birgə sammiti idi və ümid edirəm ki, qəbul edilən ‘Sülh Bəyannaməsi’ böyük dövlətlər arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq. Bu, BMT-ni yaradan Franklin D. Rooseveltin ilkin baxışına uyğun gəlir”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, Ruzvelt dünya hökumətinin yaradılmasını deyil, ABŞ, Böyük Britaniya, Sovet İttifaqı və Çinin daimi məsləhətləşmələr yolu ilə beynəlxalq sülhü qoruduğu sistemi dəstəkləyirdi.

Saks qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və veto mexanizmi məhz bu ideyanın təcəssümüdür.

“Şençjendə Rusiya, Çin və ABŞ liderləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təşkilatın beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə əsas missiyasını daha səmərəli yerinə yetirməsi üçün islahatların aparılmasına sadiqlik nümayiş etdirdilər”, – deyə o əlavə edib.