Son dəqiqə
Günün rəsmi məzənnələri açıqlandı Süni Ay torpağında kartof yetişdirildi – Astronavtların gələcək qida mənbəyi ola bilər Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video) Sevdiyini heç vaxt unutmayan 5 bürc Nvidia qalmaqalı böyüyür: NYT Alis Huanq barədə yeni iddia irəli sürdü Bakıda yağış yağacaq, dağlara qar düşəcək – Bu günün havası Nuhun gəmisinin izi tapılıb? ABŞ laboratoriyasından ilk nəticələr gəldi Prezidentin sosial media hesablarında paylaşım edildi – VİDEO Bakının bəzi yollarında sıxlıq müşahidə olunur OpenAI-dan AI təhlükəsizliyi ilə bağlı qlobal təşəbbüs

Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video)

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Cagdas.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Ada Süleymanova ARB-nin aparıcısı olub. O, doğum günündən qayıdırmış. Ada Süleyman “Sən olsaydın” verilişinə aparıcılıq edib. \milli.az\