Son dəqiqə
Müavinət və təqaüd alanlara şad xəbər! İllərdir gözlənilən qərar verildi: Bu sənədlə torpağa çıxarış almaq mümkün olacaq Dövlət başçılarının bacı-qardaşları – 11 uşaqlı ailədə böyüyən, iki qardaşı ölən PREZİDENTLƏR Kredit almaq istəyən sahibkarlar üçün YENİ İMKAN – Banka getmədən müraciət mümkün olacaq Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR – Bahalaşma davam edəcək Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? – AÇIQLAMA Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq? Məktəblərdə dərs saatları DƏYİŞİR Avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi Azərbaycanlı tələbələrin vizaları niyə rədd edilir? – İtaliyadan AÇIQLAMA

İllərdir gözlənilən qərar verildi: Bu sənədlə torpağa çıxarış almaq mümkün olacaq

Cəmiyyət

Azərbaycanda uzun illərdir torpaq sahələrindən istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlarla bağlı mühüm dəyişiklik təklif olunur. Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməsi nəzərdə tutulur. Dəyişiklik qəbul olunarsa, xüsusilə 2006–2015-ci illərdə həyətyanı torpaq sahələrinə dair plan-ölçü sənədi almış vətəndaşlar çıxarış əldə edə biləcəklər.

Cagdas.az bildiriri ki məsələ ilə bağlı Referans Media-ya açıqlama verən əmlak eksperti Ramil Osmanlı təklif olunan dəyişikliyin müsbət addım olduğunu bildirib. Onun sözlərinə görə, bu yenilik uzun illərdir mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən çoxsaylı vətəndaşların probleminin həllinə şərait yaradacaq.

Ekspert qeyd edib ki, qanun layihəsi əsasən 2006–2015-ci illərdə vətəndaşlara verilmiş plan-ölçü sənədləri ilə bağlı mövcud problemin aradan qaldırılmasını nəzərdə tutur:

“Hazırda bunun dəqiq statistikası bizdə olmasa da, əldə etdiyimiz məlumatlara görə, belə sənədlərin sayı kifayət qədər çoxdur. Həmin dövrdə vətəndaşlara həm dövlət aktları, həm də plan-ölçü sənədləri verilirdi. Lakin plan-ölçü sənədləri hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən onların əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatı mümkün olmurdu”.

R.Osmanlı bildirib ki, yeni qanun layihəsi qəbul edilərsə, 2015-ci ilin fevral ayınadək bu sənədləri almış vətəndaşların torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olacaq.

O, təklif olunan dəyişikliyin düzgün yanaşma olduğunu vurğulayıb:

“Hesab edirəm ki, bu, doğru və düzgün yanaşmadır. Çünki vətəndaş özü plan-ölçü sənədi ala bilməzdi. Əgər belə bir sənəd ona təqdim olunubsa, deməli, bu, hər hansı dövlət qurumu tərəfindən verilmiş rəsmi sənəddir. Həmin sənədin hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsi, əslində, alqışlanmalı addımdır”.

Ekspertin sözlərinə görə, dəyişiklik qüvvəyə mindikdən sonra həmin sənədlər əsasında torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olacaq. O, bu prosesi genişmiqyaslı amnistiya aktı kimi qiymətləndirib.

Ramil Osmanlı qanunun tətbiqinə başlanılması ilə bağlı gözləntilərini də bölüşüb. O bildirib ki, yekun qərarı və qanun layihəsinin müzakirəsi zamanı ortaya çıxacaq əlavə təklifləri gözləmək lazımdır:

“Hər bir halda qanun layihəsinin müzakirəsini və bu müzakirələr zamanı qəbul olunacaq qərarları gözləməliyik. Ola bilər ki, əlavə alternativ məsələlər də gündəmə gəlsin. Düşünürəm ki, böyük ehtimalla, növbəti ilin əvvəlindən etibarən artıq bu prosesə start verilə bilər”.