Putin Lavrovun biabır olması ilə bağlı yayılan xəbərləri inkar edib.
Cagdas.az Tengrinews.kz-a istinadən bildirir ki, Bişkekdə jurnalistlərlə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun biabır olması ilə bağlı daha əvvəl yayılan xəbərləri təkzib edib.
Rusiya prezidenti Lavrovun rüsvay olması ilə bağlı iddiaları “cəfəngiyyat” adlandırıb.
“O, rüsvay olmayıb, öz qrafiki var. O, mənə hesabat verdi və nə vaxt, nə edəcəyini söylədi. Məhz buna uyğun olaraq Amerikalı tərəfdaşları ilə görüşünə hazırlaşır”, – deyə Putin bildirib.
2025-ci ilin noyabrında bir sıra media orqanlarında və sosial mediada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vladimir Putin qarşısında rəğbətini itirdiyinə dair şayiələr yayılıb. Bəzi ekspertlər bunu Rusiya Xarici İşlər Nazirliyinin qarşıdakı “sülh danışıqları” üçün “təşkilati yenidənqurması” ilə əlaqələndiriblər.
















