• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9507
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

ABŞ ilə İran liderləri 47 ildən sonra görüşə bilər

21 Sentyabr, 26 / 21:21
A A

Nyu-York bu həftə dünyanın siyasi mərkəzinə çevrilir. BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində prezidentlər, baş nazirlər və digər yüksək vəzifəli şəxslər bir araya gələcək. Sessiyanın əsas mövzusu “Etimadı bərpa etmək, transformasiyanı idarə etmək: hamı üçün nəticə verən BMT” müəyyənləşdirilib. Baş Assambleyanın ümumi müzakirələri sentyabrın 22-də başlayacaq.

Cagdas.az  xəbər verir ki, bu il Nyu-York görüşlərinin diqqət mərkəzində ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian da olacaq. ABŞ administrasiyası İran nümayəndə heyətinin, o cümlədən Pezeşkianın BMT Baş Assambleyasına qatılmasına icazə verib.

Ən böyük maraq isə iki liderin görüşüb-görüşməyəcəyinə yönəlib. Tramp ötən gün Pezeşkianla BMT Baş Assambleyası çərçivəsində görüşə açıq olduğunu bildirib. Bununla yanaşı, ABŞ və İran arasında münasibətlərdə ciddi gərginlik davam edir və tərəflərin mövqeləri arasında mühüm fikir ayrılıqları qalır. Əgər belə bir görüş baş tutarsa, bu, təkcə hazırkı böhranın müzakirəsi baxımından deyil, ABŞ-İran münasibətlərinin tarixi baxımından da diqqətçəkən hadisə olacaq.

Çünki 1979-cu il İran İslam İnqilabından sonra ABŞ və İran prezidentlərinin üz-üzə görüşü baş verməyib. 2013-cü ildə ABŞ Prezidenti Barak Obama ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı 1979-cu ildən sonra iki ölkənin prezidentləri arasında ilk birbaşa əlaqə olmuşdu. Lakin liderlər həmin vaxt da üz-üzə görüşməyiblər. Bu baxımdan Tramp-Pezeşkian görüşü baş tutarsa, ABŞ və İran prezidentləri arasında 1979-cu ildən sonrakı dövrdə ilk üzbəüz görüş kimi tarixə düşə bilər.

Qeyd edək ki, BMT Baş Assambleyasının əsas xüsusiyyətlərindən biri burada təşkilata üzv olan bütün 193 dövlətin təmsil olunması və hər bir ölkənin bir səsə malik olmasıdır. Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyada beş daimi üzvün veto hüququ yoxdur. Buna görə də sessiya dünya ölkələrinin mövqelərinin birbaşa səsləndirildiyi əsas beynəlxalq platformalardan biri hesab olunur.

81-ci sessiyaya Banqladeşdən Xalilur Rəhman sədrlik edir. Sessiyanın əsas mövzusu isə etimadın bərpası və qlobal transformasiyanın idarə olunmasıdır. Builki yüksək səviyyəli həftə Yaxın Şərqdəki münaqişələr, beynəlxalq təhlükəsizlik, Ukrayna, Qəzza, iqlim dəyişikliyi, süni intellekt və BMT-nin gələcəyi ilə bağlı müzakirələrin fonunda keçirilir.\modern.az\

 

Bənzər Xəbərlər

Dünya

ABŞ-də dizel bahalaşır: Litri 3 manata çatıb

Sentyabr 21, 2026
Dünya

Çin: ABŞ-la birlikdə qlobal sülh və sabitliyin təşviqi üçün çalışmağa hazırıq

Sentyabr 21, 2026
Dünya

Paşinyan: Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq

Sentyabr 21, 2026
Dünya

Pezeşkian sabah Nyu-Yorka gedir – Proqramı AÇIQLANDI

Sentyabr 21, 2026
Dünya

Suriyanın Hələb şəhərində hərbi ərazidə ardıcıl partlayışlar: Yaralananlar var

Sentyabr 21, 2026
Dünya

Tehranda kritik qərar: İran NPT-dən çıxmağı nəzərdən keçirir

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

Qlobal dövlət borcu rekord həddə çatır: Dünya iqtisadiyyatını hansı təhlükələr gözləyir?

21 Sentyabr, 26 / 22:02

Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər – RƏSMİ STATİSTİKA

21 Sentyabr, 26 / 21:48

Hicabsız qaçan yüzlərlə qadına cinayət işi açıldı

21 Sentyabr, 26 / 21:35

ABŞ ilə İran liderləri 47 ildən sonra görüşə bilər

21 Sentyabr, 26 / 21:21

ABŞ-də dizel bahalaşır: Litri 3 manata çatıb

21 Sentyabr, 26 / 21:09

Zərərsizləşdirilmiş minaların sayı açıqlandı

21 Sentyabr, 26 / 20:57

İşsizlər üçün 190 min manat ayrıldı

21 Sentyabr, 26 / 19:44

Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ

21 Sentyabr, 26 / 19:32

Naxçıvan Müəllimlər İnstitutu ləğv olundu

21 Sentyabr, 26 / 19:18

Azərbaycan Gürcüstanla Ermənistanı xilas edir

21 Sentyabr, 26 / 19:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.