Son dəqiqə
Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq
Reklam
Reklam

ABŞ İrana razılaşma üçün şərtini AÇIQLADI

Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran rəhbərliyi ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, Tehranla razılaşmanın əldə olunması mümkündür.

Cagdas.az xəbər verir ki, Vens jurnalist Vins Koqlyaneze ilə müsahibəsində Prezident Donald Trampın mövqeyini açıqlayıb.

Onun sözlərinə görə, Tramp açıq şəkildə bildirib ki, “İranla razılaşma əldə edə biləcəyimiz bir ssenari mövcuddur”. Lakin bunun üçün Tehran davranışını dəyişməlidir.

“Bu, iranlılardan ABŞ qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyi tələb edir”, – deyə Vens bildirib.

Vitse-prezidentin sözlərinə görə, bu prinsip yaxın aylarda Vaşinqtonun İrana münasibətdə siyasətini müəyyənləşdirəcək. ABŞ danışıqlara hazırdır, lakin əsas diqqət Tehranın bəyanatlarına deyil, konkret addımlarına yönəldiləcək.

“Danışıqlar aparılacaq, amma yalnız sözlər ətrafında deyil, əməllər ətrafında”, – deyə Vens vurğulayıb.

Beləliklə, Vens Vaşinqtonun İranla diplomatik razılaşma ehtimalını istisna etmədiyini, lakin bunun Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən və real addımlar atmasından asılı olduğunu bildirib.\modern.az\