Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

“Aqrarkredit”in 10 milyonluq əmlakı satışda – Üçü ucuz qiymətə satıldı

Cəmiyyət

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan 3 qeyri-yaşayış sahəsi hərracda satılıb.

Cagdas.az Qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Xətai rayonu ərazisində yerləşən üç ayrı qeyri-yaşayış sahəsindən gedir.

Bu ayın əvvəlində QSC-nin balansında olan 44 əmlak hərraca çıxarılıb. Onların ümumi dəyəri 10 milyon manatdan çoxdur. Həmin əmlaklardan hələlik üçü 10 faiz ucuz – 223 min 542 manata satılıb.

Qeyd edək ki, “Aqrarkredit”in fəaliyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Təşkilatın sabiq rəhbəri Məmməd Musayev və bir neçə sahibkar cinayət məsuliyyətinə cəlb edilib.