İran ABŞ ilə atəşkəs müddətində yeni silahlar alıb.
Cagdas.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəmian bildirib.
“Biz həmçinin yeni avadanlıqların hazırlanması və əldə edilməsi üçün addımlar atdıq. Bu gün bu avadanlıq ordu bölmələrinə daxil olub”, – deyə o qeyd edib.
Nümayəndə Tehranın kimdən və hansı konkret silahlar aldığını dəqiqləşdirməyib.
Onun sözlərinə görə, İran ABŞ ilə münaqişə zamanı zədələnmiş silah sistemlərini bərpa etmək fürsətindən istifadə edib.\referans media\
















