• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.8° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Dünya bu xəbərlə silkələndi! ABŞ sanksiyaları sərtləşdirdi, İran cavab hücumu vəd etdi

25 Avqust, 26 / 19:56
A A

ABŞ ilə İran arasında son günlər artan gərginlik yeni mərhələyə qədəm qoyub. Vaşinqton Tehranı iqtisadi baxımdan sıxışdırmaq məqsədilə genişmiqyaslı sanksiyalar tətbiq edərkən, İrandan gələn açıqlamalar vəziyyətin hərbi qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Cagdas.az xəbər verir ki, ABŞ İranın maliyyə, neft, texnologiya, qızıl, aviasiya və dənizçilik sektorlarını hədəf alan yeni sanksiya paketini qüvvəyə mindirib. Təxminən 60 qurum, şəxs və gəminin qara siyahıya salındığı bildirilib.

ABŞ Xəzinə naziri Skott Bessent yeni tədbirləri “İqtisadi sürgün” əməliyyatı kimi xarakterizə edib. Vaşinqtonun İranın maliyyə şəbəkələrini tamamilə sıxışdırmaq niyyətində olduğu vurğulanıb. Bessent İranın pul köçürmələrinə və maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq üçün daha sərt addımlar atılacağını bildirib. ABŞ rəsmiləri sanksiyalardan yayınmağa kömək edən xarici qurumların da hədəfə alınacağını açıqlayıb.

Gərginliyi daha da artıran açıqlama ABŞ müdafiə naziri Pit Heqsetdən gəlib. O, İranın ABŞ ordusuna qarşı addım atacağı təqdirdə Vaşinqtonun “kinetik hücumlardan” çəkinməyəcəyini bildirib. Heqset həmçinin Hörmüz boğazının nəzarətinin ABŞ-ın əlində olduğunu iddia edib. Bu açıqlama xüsusilə diqqət çəkib. Çünki Hürmüz boğazı dünya enerji ticarətinin ən mühüm marşrutlarından biri hesab olunur.

ABŞ-ın yeni sanksiyalarına Tehrandan sərt reaksiya gəlib. İran iqtisadiyyat naziri Əli Mədənizadə Vaşinqtonun addımlarını “iqtisadi terror hücumu” adlandırıb. İran tərəfi bundan sonra yalnız müdafiə mövqeyində qalmayacağı mesajını verib. Tehranın açıqlamalarında ABŞ-ın həyati maraqlarının və bölgədəki strateji obyektlərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edilib. İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Hüseyn Möhebbinin sözlərinə görə, İranın infrastrukturuna hücum ediləcəyi təqdirdə ABŞ-ın həyati maraqlarına və qlobal enerji marşrutlarına ağır zərbələr endirilə bilər.

Tərəflər arasında gərginliyin əsas məqamlarından biri Hörmüz boğazıdır. Bölgədə mümkün hərbi qarşıdurmanın enerji daşımalarına və qlobal neft bazarına ciddi təsir göstərə biləcəyi bildirilir. ABŞ və İran arasında qarşılıqlı təhdidlərin artması regionda yeni eskalasiya ehtimalını gündəmə gətirib. Xüsusilə enerji infrastrukturlarının hədəfə alınması ssenarisi beynəlxalq narahatlığı artırır.

Gərginliyin daha da yüksəlməsinin qarşısını almaq üçün Pakistan vasitəçilik təşəbbüsü ilə çıxış edib. Pakistanın yüksək səviyyəli rəsmilərinin ABŞ və İran arasında təmaslar apardığı bildirilib. Danışıqlarda əsas məqsəd qarşıdurmanın genişlənməsinin qarşısını almaq, Hörmüz boğazının dünya ticarəti üçün açıq qalmasını təmin etmək və münaqişənin diplomatik yolla həllinə nail olmaqdır. Hazırda ABŞ və İran arasında qarşılıqlı sərt bəyanatlar davam edir. Beynəlxalq ictimaiyyət isə tərəflərin növbəti addımını və gərginliyin hərbi qarşıdurmaya çevrilib-çevrilməyəcəyini diqqətlə izləyir.\referans media\

Bənzər Xəbərlər

Dünya

ABŞ-a məxsus hərbi nəqliyyat təyyarəsi Moskvaya enib

Avqust 25, 2026
Dünya

Paşinyan Azərbaycanın adını çəkdi, Rusiyaya çağırış etdi: 3 ölkəyə satıla bilər

Avqust 25, 2026
Dünya

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

Avqust 25, 2026
Dünya

Köçəryan və 2 oğlu saxlanıldı – YENİLƏNİB

Avqust 25, 2026
Dünya

Türkiyə iqtisadiyyatından rekord nəticə: İyul ixracı zirvəyə yüksəldi

Avqust 25, 2026
Dünya

Bu şəhərdə 1 avroya evlər satılır - FOTOLAR

Avqust 25, 2026

XƏBƏR LENTİ

Rusiyada Qaz Kimya Kompleksindəki yanğında Çin vətəndaşı ölüb, yaralı sayı 100-ü ötüb

25 Avqust, 26 / 20:24

“Qafqaz mafiyası”nın lideri belə öldürüldü – Anbaan VİDEO

25 Avqust, 26 / 20:10

Dünya bu xəbərlə silkələndi! ABŞ sanksiyaları sərtləşdirdi, İran cavab hücumu vəd etdi

25 Avqust, 26 / 19:56

600 balla tələbə olmayanlar kimlərdir? – AÇIQLAMA

25 Avqust, 26 / 19:43

Elçibəyin qardaşı qızının evi əlindən alınıb?

25 Avqust, 26 / 19:29

Bu gecə metro 1 saat artıq işləyəcək

25 Avqust, 26 / 19:15

Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

25 Avqust, 26 / 19:01

Uşağınızındakı bu davranışlar bağçadakı zorakılığın göstəricisi ola bilər – AÇIQLAMA

25 Avqust, 26 / 18:51

Palma yağı rekordu: Əhali gizlicə zəhər yeyir? – ŞOK RƏQƏMLƏR

25 Avqust, 26 / 18:37

İki şəhid övladı DTX-nin Akademiyasına qəbul oldu – FOTO

25 Avqust, 26 / 18:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.