• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.6° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ATXƏM sədri bununla bağlı Prezidentı müraciət edib

18 Sentyabr, 26 / 14:06
A A

Demokratik və hüquqi dövlətin əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, belə cəmiyyətlərdə dövlət qurumlarının fəaliyyəti cəmiyyət qarşısında açıq və hesabatlı olur, vətəndaşlar hüquq və qanuni maraqlarına təsir edən məsələlərin bu və ya digər dövlət qurumunda müzakirəsində yaxından iştirak edə bilir. Bu baxımdan ictimai nəzarətin və ictimai iştirakçılığın gücləndirilməsi cəmiyyətin davamlı inkişafına hesablanmış vacib şərtlərindən biri sayılır. Çünki bu sifariş, istək birbaşa ölkənin ali rəhbərliyindən gəlir. “Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı”, deyən Prezident İlham Əliyevin çağırışı, mesajı vətəndaş cəmiyyəti olaraq bizi bu istiqamətdə daha fəal olmağa səfərbər edir.

Bu bir danılmaz faktdır ki, dövlət idarəçiliyinin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin ehtiyac və tələblərinə uyğun fəaliyyət göstərməkdir. Lakin təəssüflər olsun ki, bəzi hallarda bu və ya digər dövlət qurumunun idarəetmə sistemində problemlər yaranır, yaxud həmin dövlət qurumu vətəndaş mövqeyi, ərizə və şikayətlərinə məhəl qoymayaraq qeyri-sağlam idarəetmə ilə vətəndaş narazılıqlarına səbəb olur. Qəbul edilən qərarlar əhalinin real ehtiyaclarını tam əks etdirmir, göstərilən xidmətlərin keyfiyyətində problemlər meydana çıxır, bu da nəticə etibarilə dövlətə inamı sarsıldır. “Klassik A” MMC olaraq qarşılaşdığımız problemin həlli məqsədilə dəfələrlə müvafiq dövlət qurumlarına ünvanladığımız müraciətlərə doğru-düzgün cavab ala bilməməyimiz, ötür-ötür oyunu ilə qarşılaşmağımız kimi çoxsaylı misallar göstərmək mümkündür. Belə vəziyyətlərdə ictimai nəzarət mühüm əlavə mexanizm rolunu oynayır. Düşünürük ki, Cənab Prezident İlham Əliyev də məhz vətəndaşın dövlətə inamının azalmaması və ondan məmnun qalması, qəbul edilən qərarların cəmiyyətin maraqlarına xidmət etməsi prizmasından ictimai nəzarəti vacib hesab edir.

İctimai nəzarətin gücləndirilməsi cəmiyyətdə mövcud olan bütün problemləri avtomatik həll etməsə də, həmin problemlərin müəyyənləşdirilməsi, aidiyyəti qurumlara çatdırılması və onların həlli prosesinin izlənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, şəffaflıq və hesabatlılıqla bağlı problemlərin azalmasına şərait yarana bilər. Dövlət və ictimai resursların necə istifadə edildiyi barədə məlumatların əlçatan olması cəmiyyətin proseslərdən xəbərdar olmasına imkan verir.

İkincisi, dövlət xidmətlərini öz fəaliyyətinin keyfiyyətini yüksəltməyə məcbur edir. Ən əsası korrupsiya və sui-istifadə riskləri azalır. Cəmiyyətin sosial problemlərin müəyyənləşdirilməsi, bu istiqamətdə müəyyən addımların atılması baxımından da ictimai nəzarət vacibdir. Müxtəlif sosial qrupların ehtiyaclarının öyrənilməsi sosial siyasətin daha məqsədyönlü formalaşdırılmasına kömək edə bilər. Bunun üçün ictimai müzakirələr, sorğular və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq mühüm vasitələrdir.

İctimai nəzarət və ictimai iştirakçılığın artırılmasının müasir idarəetmənin mühüm istiqamətlərindən biri olduğunu nəzərə alaraq ATXƏM olaraq bununla bağlı müəyyən dövr üçün hansısa bir qurumun yaradılmasını, yaxud vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai nəzarət və iştirakçılıqla bağlı cəmiyyətimiz, dövlətimiz üçün fayda verə biləcək layihələrinin koordinasiyaedici şəkildə dəstəklənməsini təklif edirik. Hesab edirik ki, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri, ekspertlər, eyni zamanda dövlətin müvafiq qurumlarının səlahiyyətli şəxslərinin iştirakı ilə formalaşan bu tərkib cəmiyyətdə mövcud olan bu və ya digər problemlərin həllinə ictimai nəzarətin gücləndirilməsi, həmin problemlərin həlli istiqamətində görüləcək işlərin layihələndirilməsi, ən nəhayət onların köklü şəkildə həllində mühüm rol oynaya bilər. Bu da öz-özlüyündə ölkədə müxtəlif sahələrdə görülən işlərə, aparılan islahatlara böyük dəstək olar. Dövlət tərəfindən belə layihələrin dəstəklənməsi eyni zamanda bu və ya digər istiqamətlərdə yaradılan süni maneələrin aradan qaldırılmasına, aparılan işin effektinin artırılmasına yol aça bilər. Belə bir təşəbbüsün reallaşması nəinki işin effektini artıracaq, hətta bu posesdə, müxtəlif sahələrdə islahatların həyata keçirilməsində maraqlı olan qurumlar vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməyə səy göstərəcəklər.

Bununla bağlı təşkilat olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə də müraciət ünvanlamışıq. Düşünürük ki, vətəndaşların qərarların hazırlanması və həyata keçirilməsi proseslərinə cəlb edilməsi dövlət qurumları ilə cəmiyyət arasında daha səmərəli kommunikasiya yaratmağa, problemlərin vaxtında müəyyənləşdirilməsinə və onların həlli üçün əlavə imkanların formalaşmasına kömək edə bilər.\newscenter.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda 90 məktəblə bağlı qərar verildi

Sentyabr 19, 2026
BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News
Cəmiyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ

Sentyabr 19, 2026
Cəmiyyət

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Sentyabr 19, 2026
Cəmiyyət

Bu müəllimlər sertifikasiyadan azad ediləcək

Sentyabr 19, 2026
Cəmiyyət

Qohum nikahı qadağası ilə bağlı iddia — AÇIQLAMA

Sentyabr 19, 2026
Cəmiyyət

Azərbaycanda 2,5 milyon insan xəstələnib

Sentyabr 18, 2026

XƏBƏR LENTİ

Azərbaycanda 90 məktəblə bağlı qərar verildi

19 Sentyabr, 26 / 12:21

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı

19 Sentyabr, 26 / 11:59

Kredit faizləri, əmanətlər, dollar… – Əhalini maraqlandıran vacib PROQNOZ

19 Sentyabr, 26 / 11:37

Ev kirayələyənlərin çoxunun bilmədiyi təhlükə - XƏBƏRDARLIQ!

19 Sentyabr, 26 / 11:14
BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ

19 Sentyabr, 26 / 10:53

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

19 Sentyabr, 26 / 10:32

“Galaxy S26” almaq istəyənlərə PİS XƏBƏR

19 Sentyabr, 26 / 10:14

3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb

19 Sentyabr, 26 / 9:50

Bu bürclərə xoş sürpriz gəlir

19 Sentyabr, 26 / 9:33

Bu müəllimlər sertifikasiyadan azad ediləcək

19 Sentyabr, 26 / 9:16
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.