Bu gün 18 sentyabr Milli Musiqi Günü ilə əlaqədar “BakuBus” avtobuslarının sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər.
Cagdas.az xəbər verir ki, məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısı sürücülər tərəfindən ifa olunub.
İfaçı – 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqovu tarda 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, pianoda 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.
Qeyd edək ki, sözləri Südabə Şəfa, musiqisi Nüşabə Muradovaya məxsus mahnının ən popular ifaçısı Elmira Rəhimovadır.
Həmin kompozisiyanı təqdim edirik:\sfera.az\














