• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan təhsilində yeni metodik sistem qurulur

09 Dekabr, 25 / 14:32
A A

Azərbaycanda uzun illər fəaliyyət göstərən köhnə metodik kabinetlərin məktəblərə effektiv metodik dəstək göstərmədiyi müəyyən edildikdən sonra onların əvəzinə yeni model yaradılıb. 

 Cagdas.az xəbər verir ki, bunu “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar”  adlı elmi-praktiki beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, araşdırma göstərib ki, illərlə təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərən metodik kabinetlər məktəblərə real metodik dəstək verməkdə çətinlik çəkib. Kabinetlərdə orta hesabla 5 nəfər çalışsa da, onların bir hissəsi müəllimlərlə işləməyə hazır olmayıb.

E.Əliyev söyləyib ki, məktəblərdə ictimai əsaslarla fəaliyyət göstərən fənn metodik birləşmə rəhbərləri isə bu işi ödənişsiz, əsasən direktorların xahişi ilə könüllü şəkildə icra ediblər. Bu səbəbdən köhnə modelin effektiv olmadığı vurğulanıb.

Qeyd edib ki, mövcud vəziyyətin qənaətbəxş olmadığı müəyyən edildikdən sonra yeni struktur formalaşdırılıb.

Vurğulayıb ki, modelin əsasını Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi təşkil edir. Burada beynəlxalq təcrübə öyrənilir, metodik dəstəyin tətbiq mexanizmləri araşdırılır.

Nəzərə çatdırıb ki, yeni model çərçivəsində üçsəviyyəli metodik dəstək sistemi yaradılıb:

“Baş metodistlər komandası. Onlar Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən, araşdırma və məzmun hazırlığı bacarıqlarına malik aparıcı mütəxəssislər. Regional aparıcı metodistlər. Köhnə metodik kabinetlərin əvəzinə regionlarda və Bakıda formalaşdırılıb. Məktəb səviyyəsində metodistlər. Onlar isə hazırda təxminən 400 məktəbdə müəllimlərlə birgə çalışaraq yerində metodik dəstək göstərirlər”.

E.Əliyev vurğulayıb ki, metodistlərin əsas vəzifəsi məktəblərdə qarşılıqlı öyrənmə mühitinin qurulması və müəllimlərin peşəkar inkişafına dəstək verməkdir:

“Yeni modeldə metodistlərin seçimi sərt meyarlarla aparılıb. Bu vəzifəyə yalnız Sertifikatlaşdırma İmtahanında 50 və daha yuxarı bal toplayan təcrübəli müəllimlər müraciət edə biliblər. Ümumilikdə 5000-dən çox müraciət arasından yalnız təxminən 350 nəfər seçilib”.

Seçilmiş metodistlər 108 saatlıq ilkin təlim keçiblər. Aylıq toplantı və seminarlarla davamlı inkişaf imkanları əldə edirlə. Həmçinin bildirib ki, onlar əlavə vəzifə maaşı ilə təmin olunublar:

“Yeni modelin əsas hədəfi şagirdlərin öyrənmə keyfiyyətini yüksəltmək, müəllimə peşəkar və dayanıqlı dəstək göstərməkdir. Təhsil İnstitutu bildirir ki, sistemli metodik dəstək müasir məktəbin əsas istiqamətlərindən biri kimi davam etdiriləcək”.(Milli.Az)

Bənzər Xəbərlər

Cəmiyyət

Fenlə havanın temperaturunu dəyişdirdi, 34 min dollar qazandı

Aprel 29, 2026
Cəmiyyət

Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?

Aprel 29, 2026
Cəmiyyət

Bu xəstəxananın köçürülməsinə başlanıldı

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

Aprel 29, 2026
Cəmiyyət

Kürdə su artdı, körpü sıradan çıxdı

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan – İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək

Aprel 29, 2026

XƏBƏR LENTİ

Yuxunun sirri: Bunları görsəniz…

29 Aprel, 26 / 23:54

Stressdən sonra şirin yeməyə tələb artır – SƏBƏB

29 Aprel, 26 / 23:40

Fenlə havanın temperaturunu dəyişdirdi, 34 min dollar qazandı

29 Aprel, 26 / 23:19

Ömür boyu subay qala biləcək yeganə bürc

29 Aprel, 26 / 23:05

Estetik əməliyyat üçün 10 milyon xərclədi – FOTO

29 Aprel, 26 / 22:51

Sadettin Saran “Fənərbağça” ilə vidalaşdı

29 Aprel, 26 / 22:33

FİFA Konqresi 2027-ci ildə Mərakeşdə keçiriləcək

29 Aprel, 26 / 22:19

Ərdoğan: Qardaş xalqlarımızla aramıza heç kim girə bilməz

29 Aprel, 26 / 21:54

Elon Maskdan şok xəbərdarlıq: “Süni intellekt hamımızı öldürə bilər”

29 Aprel, 26 / 21:37

ABŞ Qərb yarımkürəsində hərbi gücdən istifadə etməyə hazırdır - Pentaqon rəhbəri

29 Aprel, 26 / 21:34
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.