Azərbaycanda 2025-ci ildə ilk dəfə xəstəlik diaqnozu qoyulan şəxslərin ümumi sayı 2 milyon 516 min 677 nəfər olub.
Cagdas.az xəbər veriri ki bu barədə Dövlət Statistika Komitəsinə ünvanladığı sorğuya cavab olaraq məlumat verilib.
Statistikaya görə, 2024-cü ildə ilk dəfə xəstəlik aşkarlanan şəxslərin sayı 2 milyon 870 min nəfər təşkil edib. 2025-ci ildə bu göstəricinin 2 milyon 516 min 677 nəfərə enməsi ümumi xəstələnmə sayında 12,3 faiz azalma olduğunu göstərir.
2025-ci ildə ən çox tənəffüs orqanlarının xəstəlikləri qeydə alınıb. İl ərzində bu kateqoriya üzrə 841 min 789 nəfərə ilk dəfə diaqnoz qoyulub.
Ən çox qeydə alınan xəstəlik kateqoriyaları belə sıralanır:
- Tənəffüs orqanlarının xəstəlikləri – 841 789 nəfər
- Qan dövranı sistemi xəstəlikləri – 247 019 nəfər
- Həzm sistemi xəstəlikləri – 216 749 nəfər
- Travmalar, zəhərlənmələr və xarici səbəblər – 155 137 nəfər
- Sidik-cinsiyyət sistemi xəstəlikləri – 154 466 nəfər
- Bəzi infeksion və parazitar xəstəliklər – 148 481 nəfər
- Göz xəstəlikləri – 136 519 nəfər
- Sinir sistemi xəstəlikləri – 105 758 nəfər
- Dəri və dərialtı toxuma xəstəlikləri – 86 727 nəfər
- Qulaq və məməyəbənzər çıxıntı xəstəlikləri – 81 498 nəfər
Statistikada diqqət çəkən məqamlardan biri sinir sistemi xəstəlikləri ilə bağlıdır. Bu kateqoriya üzrə 2024-cü ildə 89 min 370 hal qeydə alındığı halda, 2025-ci ildə göstərici 105 min 758-ə yüksəlib.
Beləliklə, bir il ərzində sinir sistemi xəstəlikləri üzrə ilk dəfə qeydə alınan diaqnozların sayı 16 min 388 nəfər artıb.
2025-ci ildə ən az qeydə alınan xəstəlik kateqoriyalarından biri isə anadangəlmə anomaliyalar olub.
Ümumilikdə isə Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2025-ci ildə ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 2024-cü illə müqayisədə azalıb. Bununla yanaşı, ayrı-ayrı xəstəlik qruplarında artım müşahidə olunub.\modern.az\















