Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

Azərbaycanda dövlət hesabına mənzil alanlar kimlərdir… – SİYAHI

Cəmiyyət

Azərbaycanda dövlət hesabına mənzil alan ailələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ildə dövlət hesabına mənzil alan ailələrin sayı 4 802 olub.

Bəs dövlət hesabına mənzil alan ailələr kimlərdir?

Cagdas.az -a məlum olub ki, dövlət hesabına mənzil alanlar aşağıdakı ailələrdir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər;

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin ailələri;

– Gənc ailələr;

– Çoxuşaqlı ailələr;

– Məcburi köçkünlər;

Rəsmi statistikaya görə, 2025-ci ildə 229 Qarabağ əlilinə, 158 şəhid ailəsinə, 4370 məcburi köçkün ailəsinə dövlət hesabına mənzil verilib.

2020-2022-ci illərdə 17 gənc ailə, 2020-2023-cü illərdə isə 23 çoxuşaqlı ailə dövlət hesabına mənzil alıb.

Maraqlıdır ki, gənc ailələr və çoxuşaqlı ailələrin hansı kriteriyalarla bu siyahıya salındığı açıqlanmayıb.\modern.az\