Bəşəriyyətin ən böyük suallarından biri olan “Təkikmi biz?” mövzusu, məşhur bolqar kahin Baba Vanganın 2026-cı ilə dair proqnozları və ABŞ-dakı siyasi inkişaflarla yenidən gündəmin ilk sırasına çıxıb.
Cagdas.az bildirir ki, 1996-cı ildə vəfat edən Baba Vanganın tərəfdarları iddia edirlər ki, kahin ömrünün son illərində 2026-cı ilin noyabr ayına işarə etmişdi. İddiaya görə, həmin vaxt böyük bir kosmik gəmi Yer kürəsinə çatacaq və insanlıq ilə dünya xarici sivilizasiyalar arasında ilk rəsmi əlaqə qurulacaq. Bu proqnoz, ABŞ Prezidenti Donald Trampa UFO-larla bağlı xüsusi brifinq verildiyi iddiaları ilə birləşərək komplo nəzəriyyəçiləri arasında “gözlənilən sübut” kimi qiymətləndirilir.
Təxminlər qarışıq, ulduzlararası sirrlər davam edir
Kahin proqnozlarından əlavə, riyazi təxminlər də mövzunu diqqət mərkəzinə gətirib. Dünyanın aparıcı təxmin platformalarından biri olan Polymarket, 2025-ci ilin sonuna qədər yadplanetlilərin mövcudluğunun rəsmi şəkildə tanınma ehtimalını 12% olaraq qiymətləndirir. Bunun baş verməsi üçün isə hökumətlərin gizli sənədləri və ya videoları ictimaiyyətə təqdim etməsi vacibdir.
Eyni zamanda, 2025-ci ildə diqqət çəkən 3I/ATLAS adlı ulduzlararası cism də müzakirələrin mərkəzində olub. Bəzi mənbələr bu sirli cismin kosmik gəmi ola biləcəyini iddia etsə də, NASA və Avropa Kosmik Agentliyi (ESA) son açıqlamada bunun adi bir kometa olduğunu bəyan edib.
Bu il ərzində UFO-lar və dünya xarici həyat formaları ilə rəsmi əlaqə qurulacağına dair ümidlər yüksəkdir. Bir çox insanlar Vanganın əvvəllər də bir neçə proqnozunun doğru çıxdığını iddia edir. Digər tərəfdən, bəzi şəxslər hələ rəsmi tanışlıq üçün vaxtın çox olduğunu və 2026-cı ilin buna görə belə bir dönüş nöqtəsi olmayacağını düşünür.
Baba Vanganın 2026-cı il üçün digər qorxulu proqnozları
Məşhur bolqar mistikin 2026-cı ilə dair proqnozları yalnız yadplanetlilərlə bağlı deyil. Onun tərəfdarları tərəfindən paylaşılan digər proqnozlar da olduqca qaranlıq tablo yaradır:
Qlobal müharibə riski: Mövcud geosiyasi gərginliklərin artaraq dünya miqyasında münaqişəyə çevrilmə ehtimalı. Bəzi bölgələrdə “dəhşətli qan tökülməsi” riski.
Güc balanslarının dəyişməsi: Qərb dünyasının nüfuzunu itirməsi və Vladimir Putinin qlobal lider kimi daha dominant mövqeyə gəlməsi.
Təbii fəlakətlər: Zəlzələlər və daşqınlar kimi fəlakətlərin daha tez-tez baş verməsi və daha dağıdıcı nəticələr doğurması.
Gerçəkdirmi, yoxsa şəhər əfsanəsidir?
Ekspertlər Baba Vanganın proqnozlarına ehtiyatla yanaşırlar. Unutmaq olmaz ki, bu öngörülərin əksəriyyəti yazılı mənbəyə əsaslanmır. Kahinin ölümündən illər sonra yaxınları və tərəfdarları tərəfindən gündəmə gətirilmiş proqnozlar bəzi insanlar üçün ciddi görünür, digərləri isə mənbə olmadığı üçün onları uydurma hesab edir.
Elm dünyası isə bu iddiaların heç bir konkret sübutunun olmadığını və sosial medianın yaratdığı məlumat qarışıqlığı ilə birləşdiyini vurğulayır.
















