Son dəqiqə
Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi

Bakı-Sumqayıt qatarlarında ŞOK MƏNZƏRƏ – Sərnişinlər ayaqyolunda getməyə məcbur qaldı

Cəmiyyət

Dərs ilinin başlaması ilə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda sərnişin sıxlığı kəskin artıb.

Cagdas.az xəbər verir ki, xüsusilə səhər saatlarında qatarlara minmək ciddi problemə çevrilib. Sərnişinlər yer tutmaq üçün bir-biri ilə mübahisə edir, vaqonlara daxil olmaq üçün böyük izdiham yaranır.

Bu gün Sumqayıtdan saat 08:52-də yola düşən qatarda da analoji vəziyyət yaşanıb. Sıxlıq o həddə çatıb ki, sərnişinlər bir-birini tapdalayacaq vəziyyətə düşüb, bəzi insanlar hətta qatardan düşməkdə çətinlik çəkib.

İzdiham səbəbindən vaqonlarda hərəkət etmək də mümkün olmayıb. Yer çatışmazlığı o həddə çatıb ki, bəzi sərnişinlər qatarın ayaqyolusunun qapısını açıq saxlayaraq orada dayanmağa məcbur olublar.

Sərnişinlər yaranmış vəziyyətdən narazıdır. Onlar Bakı-Sumqayıt xəttində qatarların sayının artırılmasını və xüsusilə səhər saatlarında sərnişin sıxlığının aradan qaldırılmasını tələb edirlər.

Sakinlərin sözlərinə görə, hər gün bu cür şəraitdə gedib-gəlmək onlar üçün ciddi çətinlik yaradır:

“Bu cür getmək zülmdür. İnsanlar bir-birini tapdalayır. Qatarların sayı artırılmalıdır”.

Sərnişinlər bildirirlər ki, dərs mövsümünün başlaması ilə sərnişin sayının artacağı əvvəlcədən bəlli olsa da, səhər saatlarında yaranan sıxlıq artıq dözülməz həddə çatıb.\musavat.com\