Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

Bakıda bu məktəblər onlayn tədrisə keçir – SİYAHI

Cəmiyyət

Formula-1 Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərində keçiriləcək.

Cagdas.az xəbər verir ki, bununla bağlı Bakı yollarında ilkin məhdudiyyət artıq 19 sentyabrdan (Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində) tətbiq ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, tədbirin keçirildiyi əraziyə yaxın təhsil müəssisələrində dərslər onlayn formada təşkil olunacaq.

Həmin təhsil ocaqlarının adları hələlik açıqlanmayıb. Ancaq bundan əvvəlki illərdə Formula-1 yarışlarına görə aşağıdakı təhsil müəssisələri onlayn tədrisə keçmişdi:

– 132-134 nömrəli Təhsil Kompleksi

– 6 nömrəli məktəb-lisey

– 7 və 8 nömrəli məktəblər

– 160 nömrəli Klassik Gimnaziya

– Elitar Gimnaziya

– 189-190 nömrəli məktəb

– 2 və 147 nömrəli texniki-humanitar liseylər

– 27 nömrəli məktəb

– 1 nömrəli məktəb.