Son dəqiqə
Reklam
Reklam

Böyük Britaniya Ukraynaya raket tədarükünü sürətləndirəcək

Dünya

Böyük Britaniya Ukraynaya yüngül çoxməqsədli raketlərin (LMM) tədarükünü sürətləndirmək qərarına gəlib. Məqsəd Ukraynanın qış mövsümündə ən təcili müdafiə ehtiyaclarını qarşılamaqdır.

Çağdaş.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin ofisinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, London Ukraynaya dəstəyini artırır və hava hücumundan müdafiə raketlərinin tədarükünə 45 milyon funt sterlinq (təxminən 60 milyon dollar) ayırıb.

Böyük Britaniya qarşıdakı dörd il ərzində Ukraynaya 5 mindən çox LMM raketinin çatdırılması üçün artıq 1,6 milyard funt sterlinq həcmində öhdəlik götürüb.

Baş nazirin ofisindən bildirilib ki, ayrılan 45 milyon funt sterlinqlik paketin 10 milyon funt sterlinqlik hissəsinin tədarükü sürətləndiriləcək. Bu addımın əsas məqsədi Ukraynanın qış aylarında yaranacaq ən təcili müdafiə ehtiyaclarını qarşılamaqdır.

Bəyanat oktyabrın 14-də Londonda Böyük Britaniyanın Baş naziri Endi Börnhəmlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi planlaşdırılan görüşdən əvvəl yayımlanıb.