“Hərbi xidmət keçən şəxsin cinayət işi üzrə həbs edilməsi onun hərbi xidmət statusuna təsir göstərir”.
Cagdas.az xəbər verir ki, Globalinfo.az-ın əldə etdiyi məlumata görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda qeyd olunur ki, hərbi qulluqçunun həbsdə olduğu müddət cinayət işinə xitam verildiyi və ya şəxs barəsində bəraət hökmü çıxarıldığı halda hərbi xidmət müddətinə daxil edilir.
Əgər hərbi qulluqçu xidmət müddəti başa çatmadan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərsə, həmin müddət, ümumi qayda olaraq, hərbi xidmət müddətinə hesablanmır.
Qanunvericilikdə belə şəxslərin məhkumluğu ödənildikdən və ya götürüldükdən sonra müəyyən hallarda hərbi xidmətin qalan hissəsini başa çatdırmaq üçün yenidən hərbi xidmətə çağırılması da nəzərdə tutulur.
Beləliklə, hərbi xidmət zamanı həbs olunmaq şəxsin avtomatik olaraq hərbi xidmətini başa vurması demək deyil. Qanunvericilikdə nəzərdə tutulan hallarda şəxs həbs müddətini başa vurduqdan sonra hərbi xidmətinin qalan hissəsini keçmək üçün yenidən hərbi xidmətə qaytarıla bilər.














