Son dəqiqə
Dörd bürc üçün hər şey bir gecədə dəyişə bilər – Astroloqdan ŞOK PROQNOZ İlham Əliyev fərman imzaladı COP31 çərçivəsində Antalyada dayanıqlı turizmin gələcəyi müzakirə olunub Qlobal bazarlarda yeni həftə qeyri-müəyyən başlayıb – investorlar istiqamət axtarır Nazirlər Kabineti qərar qəbul etdi: Bu tələb LƏĞV EDİLDİ ABŞ bazarlarında texnologiya səhmləri kəskin ucuzlaşıb Əlilliyə görə ödəniş alanların sayı açıqlandı Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli danışıqlar keçiriləcək Paşinyan Köçəryan və Serj Sarqsyanı Ermənistanı talamaqda ittiham edib Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir

Dörd bürc üçün hər şey bir gecədə dəyişə bilər – Astroloqdan ŞOK PROQNOZ

Cəmiyyət

Noyabrın 24-də baş verəcək Əkizlər bürcündəki Dolunay bəzi insanlar üçün gözlənilməz hadisələrə, qəfil qərarlara və həyatlarında ciddi dəyişikliklərə səbəb ola bilər.

Cagdas.az  xəbər verir ki, astroloq Elvan Lapis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Astroloqun sözlərinə görə, Dolunay xüsusilə Oxatan, Balıqlar, Qız və Əkizlər bürclərinə təsir göstərəcək. Bu bürclərin ilk 5 günündə doğulanların isə daha diqqətli olması tövsiyə edilir. Elektronika məhsulları

O bildirib ki, Dolunayın Uran planetinin təsiri altında baş verməsi qəfil və şok xarakterli hadisələri gündəmə gətirə bilər. Belə ki, gözlənilməz xəbərlər, sürpriz qarşılaşmalar və bir gecədə dəyişən qərarlar insanların həyatında yeni mərhələnin başlanmasına səbəb ola bilər.

Astroloq qeyd edib ki, bu dövrdə uzun müddətdir davam edən bəzi məsələlər qəfil sona çata, gözlənilməyən hadisələr isə yeni imkanların qapısını aça bilər.

“Uranın olduğu yerdə heç nə əvvəlki kimi qalmaz. ‘Heç vaxt olmaz’ dediyiniz hadisələr belə bu Dolunay zamanı gerçəkləşə bilər”, – deyə astroloq vurğulayıb./“Yeni Sabah”/