Son dəqiqə
Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı

Dövlət müəssisələrinə satınalmada sərbəst limit verilsin – Deputat

Cəmiyyət

Dövlət müəssisələrinin operativ satınalmalar həyata keçirməsi üçün müəyyən məbləğ həddinin müəyyənləşdirilməsi təklif olunur.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə “Dövlət satınalmaları haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib. Əlibala Məhərrəmzadənin sözügedən komitənin üzvü olduğu Milli Məclisin rəsmi sənədlərində də göstərilir.

Deputat bildirib ki, dövlətə məxsus kommersiya müəssisələrinin hər satınalma üçün ayrıca razılıq alması onların operativ qərar verməsini çətinləşdirə və bazardakı rəqabət imkanlarına təsir göstərə bilər.

“Bəzən elə hallar olur ki, bir saat ərzində qərar verilib ödəniş edilməlidir. Əgər müəssisə hər dəfə Satınalma Agentliyinə müraciət etməli olsa, bu, prosesi qeyri-mümkün edəcək və rəqabət üstünlüyünün itirilməsinə gətirib çıxaracaq”, – deputat deyib.

Əlibala Məhərrəmzadənin fikrincə, bu səbəbdən müəssisələrin müəyyən məbləğədək satınalmalar üzrə müstəqil qərar qəbul etməsinə imkan verən hədd müəyyənləşdirilə bilər.

O qeyd edib ki, belə mexanizmdə həm operativliyin təmin olunması, həm də satınalmalara nəzarətin saxlanılması arasında balans tapılmalıdır.

Deputat SOCAR-da da operativ satınalmalarla bağlı çətinliklərin yaşandığını bildirib. Onun sözlərinə görə, zəruri mal və materialların vaxtında alınması və sürətli qərarların verilməsi baxımından müəyyən məbləğədək müstəqil qərarvermə imkanının olması əhəmiyyətlidir.

Əlibala Məhərrəmzadə məsələnin geniş təhlilə ehtiyac olduğunu vurğulayaraq, bu sahədə tələsik qərarların gələcəkdə problemlər yarada biləcəyini qeyd edib.\modern.az\