Son dəqiqə
Sertifikatlaşmadan keçməyən müəllimlər köməkçi təyin edilsin! – TƏKLİF İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb Yağıntılı hava nə vaxtadək davam edəcək? Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər – Səbəb Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar? Antibiotikin yeni zərəri üzə çıxdı – XƏBƏRDARLIQ AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır Paşinyan deputatı məhkəməyə verdi – 6 milyon təzminat istəyir
Reklam
Reklam

“ƏDV geri al” ilə bağlı YENİLİK

İqtisadiyyat

Yaxın günlərdə Azərbaycanda “ƏDV geri al” mexanizmi tam avtomatlaşdırılacaq.

Çağdaş.Az xəbər verir ki, Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda bildirib.

“Kapital Bank” və “PAŞA Bank” ASC-lərlə birlikdə yeni sosial tərəfdaşlıq layihəsinin icrasına başlayırıq. Bu layihənin məqsədi “ƏDV geri al” mexanizmini vətəndaşlar üçün daha da sadələşdirmək və geri qaytarılan vəsaitlərin daha operativ şəkildə əldə olunmasını təmin etməkdir. Adı çəkilən iki bankın kartları ilə edilən ödəniş zamanı yeni nəsil nəzarət-kassa aparatlarının çek məlumatları elektron kabinetdə avtomatik əks olunacaq və geri qaytarma üçün müraciətin formalaşdırılması prosesi tam avtomatlaşacaq. Bu addım həm şəffaflığı artıracaq, həm də vətəndaşlar üçün prosesi xeyli asanlaşdıracaq”, – deyə o qeyd edib.