• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.7° Weather Columbus
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Əməliyyatları 40 faiz artan maliyyə qurumları yenidən yoxlanılacaq

17 Sentyabr, 26 / 13:26
A A

Azərbaycanda maliyyə institutları və onların daxil olduğu maliyyə qrupları üzrə nəzarət mexanizmlərinin genişləndirilməsi təklif olunur. Əməliyyatların intensivliyi və ya məbləği əvvəlki illə müqayisədə 40 faiz və daha çox artdıqda risk profili yenidən qiymətləndiriləcək.

Cagdas.az  xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, Mərkəzi Bankın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarəti təkcə ayrı-ayrı maliyyə institutlarına deyil, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.

Mərkəzi Bank maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən qanunvericiliyin tələblərinə əməl edilməməsi risklərini dövri olaraq qiymətləndirəcək. Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və ya coğrafi fəaliyyət dairəsində əhəmiyyətli dəyişiklik baş verdikdə qiymətləndirmə təkrar aparılacaq.

Eyni zamanda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və ya daha çox artdıqda risk profili yenidən qiymətləndiriləcək.

Dəyişikliklə Mərkəzi Banka nəzarət tədbirlərinin həyata keçirilməsi üçün maliyyə institutlarından və maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququ da verilir. Tələb olunan məlumatlar sorğuda göstərilən müddətdə təqdim edilməlidir.

Bankların, həyatın yığım sığortası ilə məşğul olan sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin və fondlarının daxil olduğu maliyyə qrupları üzrə nəzarətin konsolidasiya olunmuş formada, yəni bütün qrupu əhatə etməklə həyata keçirilməsi nəzərdə tutulur.

Layihə MONEYVAL-ın Azərbaycanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminə dair 5-ci raund qiymətləndirilməsi çərçivəsində FATF-ın 26-cı və 27-ci tövsiyələri üzrə hazırlanıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Gələn il büdcədən təhsil və səhiyyəyə ayrılacaq vəsait açıqlanıb

Sentyabr 17, 2026
Cəmiyyət

Azərbaycan Ermənistandakı tarixi-dini abidələrin bərpasına hazırdır – Komitə sədri

Sentyabr 17, 2026
Cəmiyyət

Bəzi dövlət şirkətlərinin satınalmaları üçün YENİ QAYDA

Sentyabr 17, 2026
Cəmiyyət

Təhlükəli mallar bazardan yığışdırılacaq

Sentyabr 17, 2026
Cəmiyyət

Bəzi yerlərdə duman müşahidə olunur – Faktiki hava

Sentyabr 17, 2026
Cəmiyyət

Tariximizdə ən böyük büdcə qəbul olunacaq

Sentyabr 17, 2026

XƏBƏR LENTİ

Gələn il büdcədən təhsil və səhiyyəyə ayrılacaq vəsait açıqlanıb

17 Sentyabr, 26 / 14:19

Azərbaycan Ermənistandakı tarixi-dini abidələrin bərpasına hazırdır – Komitə sədri

17 Sentyabr, 26 / 14:06

Bəzi dövlət şirkətlərinin satınalmaları üçün YENİ QAYDA

17 Sentyabr, 26 / 13:53

Təhlükəli mallar bazardan yığışdırılacaq

17 Sentyabr, 26 / 13:39

Əməliyyatları 40 faiz artan maliyyə qurumları yenidən yoxlanılacaq

17 Sentyabr, 26 / 13:26

Bəzi yerlərdə duman müşahidə olunur – Faktiki hava

17 Sentyabr, 26 / 13:13

Tariximizdə ən böyük büdcə qəbul olunacaq

17 Sentyabr, 26 / 13:02

Azərbaycanda problemli kreditlərin məbləği artıb

17 Sentyabr, 26 / 12:49

Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı

17 Sentyabr, 26 / 12:23

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

17 Sentyabr, 26 / 12:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.