Son dəqiqə
Dünyanın ən yaxşı 10 restoranı: hansı ölkələrdədir və fərqləri nədir? Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar Yerin yeni peyki ortaya çıxdı Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, göstərdik kim kimdir Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir – PREZİDENT İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik dünyada az-az rast gəlinən mənzərədir Xankəndi Zəfər muzeyi bu binada təşkil olunacaq

Ərdoğan Qarabağa yola düşdü

Cəmiyyət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa səfər edib.

Cagdas.az xəbər verir ki, Zəfər Günü münasibətilə Azərbaycana gələn Ərdoğanı İstanbulun Atatürk hava limanından Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul şöbəsinin rəhbəri Abdullah Özdemir yola salıblar.

Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmi şəxslər müşayiət edir.

Səfər çərçivəsində Ərdoğan İlham Əliyevlə ikitərəfli görüş keçirəcək. Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, səfər 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə həyata keçirilir.