• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.4° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Fethiye: Həyəcanlı yamac paraşütündən müxtəlif fəaliyyətlərədək zəngin səyahət təcrübəsi – FOTOLAR 

27 Avqust, 26 / 15:48
A A

Müasir səyahətçilər artıq yalnız görməli yerləri ziyarət etməklə kifayətlənmirlər. Onlar bir səfər çərçivəsində müxtəlif təcrübələri bir araya gətirən, daha dinamik və zəngin səyahətlərə üstünlük verirlər. Bu tendensiya çoxsaylı fəaliyyətləri özündə birləşdirən idman turizminin inkişafını da sürətləndirir. Son araşdırmalar da bu səyahət modelinə marağın artdığını göstərir. Belə ki, sorğuda iştirak edənlərin 44,1 faizi müxtəlif fəaliyyətləri əhatə edən istirahət proqramlarına maraq göstərib. Bu tendensiya çərçivəsində qadınlar fitnes, yoqa və sağlamlıq yönümlü istirahət proqramlarına daha çox üstünlük verdikləri halda, kişilər canlı idman tədbirlərinə və təlim əsaslı fəaliyyətlərə daha çox maraq göstərirlər. Türkiyə isə müxtəlif turizm istiqamətlərində təqdim etdiyi geniş idman və aktiv istirahət imkanları ilə dəyişən səyahət tələblərini qarşılamaq üçün əlverişli mövqedədir.

Bu təcrübələr arasında yamac paraşütü Türkiyənin özünəməxsus təbiətini və zəngin tarixi mənzərələrini kəşf etməyin ən fərqli yollarından biri kimi seçilir. Adrenalin dolu bu macəranın ən parlaq ünvanlarından biri Muğlanın füsunkar Egey sahilində yerləşən Fethiyedəki Ölü dənizdir. Babadağdan havaya qalxaraq firuzəyi rəngli suların və möhtəşəm təbiət mənzərələrinin üzərində süzmək bir çoxları üçün gerçəkləşən arzudur. Lakin uçuş zamanı yaşanan həyəcan Fethiyedəki macəranın yalnız bir hissəsidir. Bölgə quruda və dənizdə səyahəti davam etdirmək üçün trekking, su idman növləri, yoqa və sağlamlıq proqramlarından tutmuş çoxsaylı fəaliyyət imkanları təqdim edir.

Muğla vilayətinin Türkiyənin seçilən turizm destinasiyalarından biri olan Fethiye şəffaf təmiz suları, dünyaca məşhur çimərlikləri və heyrətamiz təbiəti ilə ziyarətçiləri özünə cəlb edir. Muğlanın bu cənnət guşəsi, eyni zamanda, dünyanın aparıcı yamac paraşütü məkanlarından biri olan Babadağa ev sahibliyi edir. Fethiyədə yamac paraşütü macəra həvəskarlarının mütləq yaşamalı olduğu təcrübələr sırasında xüsusi yer tutur.

Hər il Türkiyədən və dünyanın müxtəlif ölkələrindən minlərlə yamac paraşütü həvəskarını qəbul edən Babadağ Ölü dəniz çimərliyindən avtomobillə təxminən 30 dəqiqəlik məsafədə yerləşir. Türkiyənin “ilk yamac paraşütü destinasyonu” kimi tanınan dağ müxtəlif yüksəkliklərdə yerləşən bir neçə uçuş nöqtəsinə malikdir. Ziyarətçilər dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşən zirvə də daxil olmaqla fərqli uçuş məntəqələrindən birini seçərək peşəkar və lisenziyalı pilotların müşayiəti ilə tandem (yamac paraşütündə iki nəfərin eyni paraşütlə birlikdə uçmasıdır) uçuşu həyata keçirə bilərlər. Bunun üçün avadanlıqları geyinmək və göyə doğru bir neçə addım atmaq kifayətdir.

Yamac paraşütü uçuşları adətən təxminən 30 dəqiqə davam edir. Uçuş zamanı daha çox adrenalin axtaranlar pilotun nəzarəti altında 360 dərəcə fırlanma və “wingover” kimi akrobatik manevrləri də sınaqdan keçirə bilərlər. Firuzəyi rəngli suların və yamyaşıl meşələrin üzərində süzərək dünyanın ən gözəl çimərliklərindən biri hesab olunan Ölü dəniz sahilinə enmək unudulmaz təəssürat yaradır. Yerə endikdən sonra isə macəranı Ölü dənizin təmiz, ağ qumlu sahillərində dincələrək və kristal kimi şəffaf firuzəyi suların dadını çıxararaq davam etdirmək mümkündür.

Fethiye yamac paraşütündən əlavə, trekkinqdən su idmanlarına qədər geniş fəaliyyət imkanları ilə müxtəlif təcrübələrlə zəngin istirahət axtaran səyahətçilər üçün ideal məkandır. Ölü dənizin üzərində göylərə qalxdıqdan sonra ziyarətçilər səfər proqramlarını quruda və dənizdə saysız-hesabsız macəralarla zənginləşdirə bilərlər.

Bölgənin ən məşhur məkanlarından biri 80-dən çox kəpənək növünə ev sahibliyi edən və xüsusi mühafizə olunan təbiət ərazisi Kəpənəklər Vadisidir. Endemik kəpənək növləri və möhtəşəm təbiət mənzərələri ilə tanınan vadi dünyanın müxtəlif ölkələrindən təbiətsevərləri və kəpənək müşahidəçilərini özünə cəlb edir.

Ziyarət edilməli digər məkan isə Kabak körfəzidir. Faralya kəndinin ərazisində yerləşən bu toxunulmaz körfəz şəhər həyatının gündəlik ritmindən uzaqlaşmaq istəyənlər üçün sakit və özünəməxsus məkan təqdim edir. Təmiz təbiəti ilə seçilən Kabak körfəzi düşərgə həvəskarlarının sevimli ünvanlarından olmaqla yanaşı, Türkiyənin ən çox seçilən yoqa düşərgələrindən birinə də çevrilib. Taxta bungalovlardan dəbdəbəli çadırlara qədər müxtəlif yerləşmə imkanları təqdim edən yoqa mərkəzləri burada iştirakçıları möhtəşəm təbiət qoynunda sağlamlıq və yenilənmə səyahətinə dəvət edir.

Fethiyənin heyranedici sahil coğrafiyası onu su idmanları üçün də əlverişli destinasiyaya çevirir. Dalğıclıq həvəskarları xüsusilə sualtı mağaraları və zəngin dəniz canlıları ilə tanınan Afkuləyə üz tuturlar. Eyni zamanda, möhtəşəm Saklıkent kanyonu Eşen çayı boyunca rafting həvəskarlarına həyəcan dolu anlar yaşadır. Bölgə həmçinin dünyanın ən məşhur uzunməsafəli yürüş marşrutlarından biri olan ev sahibliyi edir. Bu marşrut Aralıq dənizinin nəfəs kəsən mənzərələri fonunda unudulmaz trekkinq təcrübəsi yaşamaq imkanı yaradır.

Fethiyədə bütün bu bənzərsiz macəraları müxtəlif yerləşmə seçimləri və Aralıq dənizi mətbəxinin ləziz nümunələri müşayiət edir. Təzə dəniz məhsulları və yerli şərabların ön planda olduğu gastronomik təcrübələr bölgədəki səyahəti daha da zənginləşdirir.

Bənzər Xəbərlər

Dünya

Moskvada gizli görüş: Rusiya və CIA rəhbərləri bir araya gəldi

Avqust 27, 2026
Dünya

Atəşkəs müddətində yeni silahlar alıblar

Avqust 26, 2026
Dünya

İrandan Netanyahunun oğluna SUİ-QƏSD PLANI: Əşyalarını götürmədən ölkəni TƏRK ETDİ -ŞOK DETALLAR

Avqust 26, 2026
Dünya

Rusun ermənidən geri almaq istədiyi “HƏDİYYƏLƏR” – Biri də Qərbi ZƏNGƏZUR…

Avqust 26, 2026
Dünya

Qazaxıstanda yeni Kurultay ilk iclasına toplanır: Tarix açıqlandı

Avqust 26, 2026
Dünya

Dünya bu xəbərlə silkələndi! ABŞ sanksiyaları sərtləşdirdi, İran cavab hücumu vəd etdi

Avqust 25, 2026

XƏBƏR LENTİ

Fethiye: Həyəcanlı yamac paraşütündən müxtəlif fəaliyyətlərədək zəngin səyahət təcrübəsi – FOTOLAR 

27 Avqust, 26 / 15:48

Moskvada gizli görüş: Rusiya və CIA rəhbərləri bir araya gəldi

27 Avqust, 26 / 14:36

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

26 Avqust, 26 / 23:48

Keçisini axtarırdı, çoxlu qızıl tapdı

26 Avqust, 26 / 23:35

Okeanlarda temperatur rekord həddə çatdı – Xəbərdarlıq

26 Avqust, 26 / 23:23

Hərbi möhlətlər bu halda ləğv ediləcək – Xəbərdarlıq

26 Avqust, 26 / 23:00

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

26 Avqust, 26 / 22:47

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı üçün potensial RİSKLƏR

26 Avqust, 26 / 22:32

“Sabah”ın baş məşqçisi “Milyonçu” yarışmasını qalibi olubmuş

26 Avqust, 26 / 22:18

Bu tarixdən külək güclənəcək

26 Avqust, 26 / 22:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.