Rusiya XİNK rəhbəri Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Moskva səfərini təsdiqləyib.
Çağdaş.Az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narişkin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə Moskvada görüş keçirdiyini təsdiqləyib.
Narişkin jurnalistlərə açıqlamasında bildirib ki, görüş baş tutub və bunda qeyri-adi heç nə yoxdur.
“Bəli, görüş keçirildi və bunda qeyri-adi heç nə yoxdur”, – deyə SVR rəhbəri vurğulayıb.
Görüşün məzmunu və tərəflər arasında hansı məsələlərin müzakirə olunduğu barədə əlavə məlumat açıqlanmayıb.
















