Son dəqiqə
Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı

Gürcüstan Avropanın Qafqaza gəlməsini istəmir

Cəmiyyət

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının Cənubi Qafqazda genişlənmək niyyətinin nə dərəcədə ciddi olduğunu sual altına alıb.

Cagdas.az xəbər verir ki, nazir bu barədə açıqlamasında Gürcüstanın Avropa İttifaqı üçün əhəmiyyətli ölkə olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstan qitələrarası keçid baxımından strateji mövqedə yerləşir və iqtisadi artım göstəricilərinə görə regionda diqqət çəkir. Nazir ölkənin ümumi daxili məhsulunun illik təxminən 8 faiz artdığını qeyd edib.

“Avropa genişlənmək istəyir, lakin onun regionda iştirak təcrübəsi yoxdur”, – deyə Maka Boçorişvili bildirib.

Gürcüstanın xarici işlər naziri Avropadakı tərəfdaşlarını Tbilisi ilə dialoqa getməyə və Gürcüstana hörmət nümayiş etdirməyə çağırıb.

Boçorişvilinin sözlərinə görə, Tbilisinin əsas məqsədi qonşu ölkələrlə münasibətlər və beynəlxalq öhdəliklər arasında balans yaratmaqdır.\modern.az\