Son dəqiqə
Deputatların unutmadıqları müəllimləri – Yaddan çıxmayan XATİRƏLƏR Azərbaycan və Böyük Britaniya Bakıda əməkdaşlıq sənədləri imzalayacaq Ramil Usubovun kürəkəni vəfat etdi Azərbaycanda ən az pul yatırılan bölgələr – SİYAHI Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
Reklam
Reklam

Hikmət Hacıyev Ermənistanın Dilican şəhərinə GETDİ

Manşet

İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.

Çağdaş.Az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.