Son dəqiqə
Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib

İnternet sürətinə görə Bakının dünyadakı yeri açıqlandı

Cəmiyyət
Bakının mobil və sabit genişzolaqlı internet sürətinə görə şəhərlər arasında qlobal reytinqdəki mövqeyi müəyyənləşib.

Cagdas.az Valyuta.az-a istinadən xəbər verir ki, mobil internet sürəti üzrə Bakı 149 şəhər arasında 78-ci yerdə qərarlaşıb. Paytaxt əvvəlki dövrlə müqayisədə 1 pillə irəliləyib.

Bakıda mobil internetin orta yükləmə sürəti 122,60 Mbps təşkil edib. Bununla da paytaxt mobil internet üzrə reytinqdə 71 şəhəri qabaqlayıb.

Mobil internet sürəti üzrə şəhərlərin qlobal reytinqinə isə 702,28 Mbps orta yükləmə sürəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhəri liderlik edir.

Sabit genişzolaqlı internet üzrə Bakının mövqeyində isə geriləmə qeydə alınıb. Paytaxt 194 şəhər arasında 116-cı yerdə qərarlaşıb və əvvəlki dövrlə müqayisədə 1 pillə geriləyib.

Bakıda sabit genişzolaqlı internetin orta yükləmə sürəti 92,60 Mbps olub.

Beləliklə, Bakı mobil internet üzrə qlobal şəhərlər sıralamasında mövqeyini yaxşılaşdırsa da, sabit genişzolaqlı internet üzrə bir pillə geriləyib.