Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

KİV: Ukrayna Prezidenti Ofisinə Denis Şmıqal rəhbərlik edə bilər

Dünya

Ukraynanın müdafiə naziri Denis Şmıqal Andrey Yermakın istefasından sonra Prezident Volodimir Zelenskinin Ofisinə rəhbərlik edə bilər.

“Cagdas.az”ın məlumatına görə, bu barədə “Axios”un jurnalisti Barak Ravid Ukrayna rəsmilərinə istinadən “X” sosial şəbəkəsində bildirib.

Nəzərdən keçirilən digər namizədlər arasında Baş nazirin birinci müavini Mixaylo Fedorov və Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirill Budanov da var. Mənbələrin məlumatına görə, M.Fedorov həmçinin müdafiə naziri təyin edilə bilər.

A.Yermak noyabrın 28-də evində axtarış aparıldıqdan sonra istefa verib. Onun adı Ukraynanın Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu tərəfindən enerji və müdafiə sektorundakı korrupsiya sxemləri ilə bağlı aparılan istintaqda hallandırılır./Report/