ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün təşkili istiqamətində iş aparılır.
Cagdas.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Financial Times qəzetinə müsahibəsində bildirib.
Financial Times-ın məlumatına görə, hazırda ABŞ, Çin və Rusiyanın nümayəndələri Putin, Tramp və Si Cinpinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi imkanlarını müzakirə edirlər.
“Belə bir görüşün təşkili istiqamətində iş aparılır”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin, Si Cinpin və Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjen sammiti çərçivəsində üçtərəfli görüşünə bütün tərəflərin hazır olduğunu açıqlamışdı.
APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.\modern.az\


