• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Metrodan sonra avtobus sıxlığı: Yeni nəqliyyat növünə ehtiyac var?

18 Sentyabr, 26 / 18:53
A A

Metroda aparılan tikinti işləri ilə əlaqədar bəzi stansiyalar arasında əlaqənin dayandırılması sərnişinlərin avtobuslardan istifadə intensivliyini artırıb. Bu isə avtobuslarda sərnişin sıxlığının artmasına, daha çox avtobusun xəttə buraxılmasına və beləliklə yollarda hərəkətin çətinləşməsinə səbəb olub. Yaranan vəziyyət Bakıda avtobuslardan asılılığın azaldılmasına və yüksək tutumlu alternativ nəqliyyat növlərinin inkişafına ehtiyac olduğunu göstərir.

Nəqliyyat eksperti Adil Nəbiyev Cagdas.az-a açıqlamasında bildirib ki, avtobusların sayının artırılması problemi tam həll edə bilməz.

Onun sözlərinə görə, avtobuslar mövcud küçə-yol şəbəkəsindən istifadə etdiyinə görə tıxac, dayanacaqlarda yığılma və hərəkət intervallarının pozulması kimi problemlərlə üzləşir.

Ekspertin sözlərinə görə, Bakı üçün növbəti strateji istiqamətlərdən biri relsli yerüstü ictimai nəqliyyatın, xüsusilə müasir və sürətli tramvay sisteminin inkişaf etdirilməsi olmalıdır. Tramvay daha böyük sərnişin tutumuna malik olmaqla yanaşı, ayrılmış hərəkət dəhlizində avtomobil tıxacından daha az asılı şəkildə fəaliyyət göstərə bilər:

“Söhbət Bakıda vaxtilə mövcud olmuş klassik tramvay sisteminin eyni formada bərpasından deyil, ayrıca hərəkət dəhlizi, müasir dayanacaqlar, svetoforlarda üstünlük, vahid ödəniş sistemi və metro-avtobus şəbəkəsi ilə inteqrasiya olunmuş yeni nəsil sürətli tramvay sistemindən gedir”.

 

Ekspertin fikrincə, belə xətlər ilk növbədə sərnişin axınının yüksək olduğu, lakin metro xəttinin olmadığı və ya stansiyalar arasında məsafənin böyük olduğu istiqamətlərdə yaradılmalıdır:

“Bununla yanaşı, Bakı ilə Xırdalan, Abşeron və digər yüksək sərnişin axını yaradan yaşayış məntəqələri arasında şəhərətrafı dəmir yolunun imkanlarının genişləndirilməsi də vacibdir. Bakı nəqliyyatında metro, sürətli tramvay, şəhərətrafı dəmir yolu və avtobuslar bir-birini tamamlayan vahid sistem kimi fəaliyyət göstərməlidir. Metro böyük sərnişin axınlarının daşınmasında əsas nəqliyyat vasitələrindən biri olaraq qalmalı, avtobuslar isə məhəllə və yaşayış massivlərindən sərnişinləri əsas nəqliyyat qovşaqlarına çatdıran çevik nəqliyyat vasitəsi kimi istifadə olunmalıdır”.

O qeyd edib ki, qısa və orta müddətdə avtobus zolaqlarının fasiləsiz şəbəkəyə çevrilməsi, ekspres marşrutların artırılması və müxtəlif nəqliyyat növləri arasında rahat keçidin təmin edilməsi də əhəmiyyətlidir:

“Bakının gələcək nəqliyyat modeli yalnız avtobusların sayının artırılması üzərində qurulmamalı, müxtəlif nəqliyyat növlərinin bir-birini əvəz edə bildiyi çoxşaxəli sistem yaradılmalıdır”.\Sfera.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Əli Nağıyev, Zakir Həsənov və Elçin Quliyev GENERALIN DƏFNİNDƏ – FOTOLAR

Sentyabr 18, 2026
Cəmiyyət

Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər

Sentyabr 18, 2026
Cəmiyyət

Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO

Sentyabr 18, 2026
Cəmiyyət

İnformasiya və rabitə sektorunda orta maaş artıb

Sentyabr 18, 2026
Cəmiyyət

Alban-Udi icmasından Ermənistana mesaj : “Tarixi saxtalaşdırırlar”

Sentyabr 18, 2026
Cəmiyyət

“Aqrarkredit”in 10 milyonluq əmlakı satışda – Üçü ucuz qiymətə satıldı

Sentyabr 18, 2026

XƏBƏR LENTİ

Metrodan sonra avtobus sıxlığı: Yeni nəqliyyat növünə ehtiyac var?

18 Sentyabr, 26 / 18:53

Əli Nağıyev, Zakir Həsənov və Elçin Quliyev GENERALIN DƏFNİNDƏ – FOTOLAR

18 Sentyabr, 26 / 18:41

Pezeşkian ABŞ-yə gedir

18 Sentyabr, 26 / 18:27

Qızıl yenidən bahalaşdı

18 Sentyabr, 26 / 18:13

Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər

18 Sentyabr, 26 / 17:59

Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO

18 Sentyabr, 26 / 17:46

İnformasiya və rabitə sektorunda orta maaş artıb

18 Sentyabr, 26 / 17:32

Alban-Udi icmasından Ermənistana mesaj : “Tarixi saxtalaşdırırlar”

18 Sentyabr, 26 / 17:19

“Aqrarkredit”in 10 milyonluq əmlakı satışda – Üçü ucuz qiymətə satıldı

18 Sentyabr, 26 / 17:06

QHT-lər Ermənistanın diplomatik korpusa qarşı kampaniyasını pislədi

18 Sentyabr, 26 / 16:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.