Galatasaray Türkiyə Super Liqasında son turda Trabzonspora səfərdə 0:4 hesabı ilə məğlub olduqdan sonra çıxışını yaxşılaşdırmağa çalışır. İstanbul təmsilçisi xüsusilə zədəli futbolçuların qayıdışı ilə yeni yüksəlişə ümid edir.
Çağdaş.Az xəbər verir ki, komanda milli oyunlar üçün verilən 19 günlük fasiləyə Trabzonspora ağır məğlubiyyətlə yollandı. Bu nəticədən sonra baş məşqçi Okan Buruk və bəzi futbolçular ciddi tənqid olunublar.
Lakin milli fasilə “Qalatasaray” üçün müsbət məqamlarla yadda qala bilər. Zədə səbəbindən komandadan uzaq qalan Viktor Osimhen və Mario Leminanın yaxın günlərdə məşqlərə başlaması gözlənilir.
Milli fasilədən sonra “Qalatasaray”ı çətin oyunlar gözləyir. Komanda ardıcıl olaraq Kasımpaşa, Barcelona, Gençlerbirliği., Lille, Fənərbaxça və Konyasporla qarşılaşacaq.
Texniki heyət hesab edir ki, zədəli futbolçuların qayıdışı komandanın bu gərgin təqvimə daha hazırlıqlı çıxmasına kömək edəcək.
Məlumata görə, Okan Buruk hazırda hücum xəttində əsas yükü daşıyan Osimhendən başqa qol töhfəsi almaqda çətinlik çəkir. Bu səbəbdən mütəxəssis hücum xəttini yeniləməyi planlaşdırır.
Baş məşqçinin Batrakov, Yunus, Leao və Osimhendən ibarət hücum dördlüyünə üstünlük verməsi gözlənilir. Orta sahədə isə Lukas Torreira və Qabriel Sara tandeminin çıxış edəcəyi, Mario Leminanın isə UEFA Çempionlar Liqası oyunlarında əsas heyətdə yer almasının planlaşdırıldığı bildirilir.


