Portuqaliya millisinin UEFA Millətlər Liqasında Norveç üzərində 2:1 hesablı qələbəsindən sonra komandanın ulduz futbolçusu Kriştiano Ronaldo ilə baş məşqçi Jorge Jezus arasında yaşanan gərginlik gündəmə gəlib.
Çağdaş.Az Oslo şəhərində keçirilən görüşdə heyətdə olmasına baxmayaraq Ronaldo 2008-ci ildən bəri ilk dəfə milli komandada meydana çıxmayıb.
Məlumata görə, qarşılaşmadan bir neçə saat sonra 41 yaşlı hücumçu komandanın idman zalındakı məşqinə qatılmaqdan imtina edib və məşq başa çatmamış komandanın qaldığı otelə yollanıb.
Bildirilir ki, Ronaldo Jorge Jezusla söhbətdən sonra Joao Feliks ilə birlikdə idman zalındakı hazırlıq prosesində iştirak etməyib. Komanda yoldaşları meydanda məşqlərini davam etdirərkən, o, oteldə fərdi məşq proqramını yerinə yetirib.
A Bola nəşrinin məlumatına görə, Jorge Jezus və Kriştianu Ronaldo həmin axşam İsveçin Malmö şəhərində yerləşən milli komandanın otelində xüsusi görüş keçiriblər.
Xəbərdə qeyd olunur ki, tərəflər arasında keçirilən görüş müsbət atmosferdə baş tutub. Bildirilir ki, söhbət Norveç oyununun ardından yaranmış gərginliyin aradan qaldırılmasına kömək edə bilər.


