Son dəqiqə
Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır Sabah yağış yağacaq Sülh, yoxsa hakimiyyətin xilası, Paşinyan 2027-yə niyə qayıtdı… Prezident gözlənilən ŞAD xəbəri elan etdi – Nələr dəyişəcək? Keçmiş məmurların cəzaları azaldıldı – Azadlığa çıxırlar Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır

Misli Premyer Liqası: “İmişli” “Sabah”a, “Qarabağ” “Karvan-Yevlaxa” QARŞI

İdman

Misli Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək.

Cagdas.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Açılış oyununda “İmişli” “Sabah”ı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək.

Günün ikinci oyununda “Qarabağ” klubu öz meydanında “Karvan-Yevlax” komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:00-da başlayacaq.

Misli Premyer Liqasının XIII turuna noyabrın 30-da yekun vurulacaq.

Qeyd edək ki, Misli Premyer Liqasının XIII-cü turu çərçivəsində dünən keçirilən oyunlarda “Kəpəz” evində “Zirə”yə 0:2 hesabı ilə məğlub olub.

Tovuz şəhər stadionunda baş tutan oyunda “Turan Tovuz” “Neftçi”ni qəbul edib. Matçda qalib müəyyənləşməyib və oyun 0:0 hesabı ilə başa çatıb.

Misli Premyer Liqası

29 noyabr 2025-ci il tarixində XIII tur çərçivəsində keçiriləcək matçlar. 

14:30. “İmişli” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Cabarov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Quba OİK stadionu.

17:00. “Qarabağ” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Azersun Arena”.