Son dəqiqə
Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi

Müavinət və təqaüdlər üzrə ödənişlər artıb

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Cagdas.az -a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 515 min nəfərə müavinət olaraq 844 milyon manat, 406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat, 179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat ödəniş həyata keçirilib.

“Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 5 faiz çox olub. Bu ilin 8 ayında daha 98 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 977 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”,- məlumatda qeyd edilib.\modern.az\