Son dəqiqə
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri Murad Adıgözəlzadə baba oldu – FOTO Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO Azərbaycan meyvə-tərəvəz idxalını artırıb Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər? Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib? İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı – FOTO Cənubi Afrikada qadın qətlləri: Ölü tapılan qadınların sayı 11-ə çatdı

Problemli kreditlər sürətlə artır – Əhaliyə təhlükə?

Cəmiyyət

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bank (AMB) məlumat yayıb.

Problemli kreditlər üzrə bankların renkinqi - TOP 10 | Banco.az

Qeyd olunub ki, bu, avqustun 1-i ilə müqayisədə 0,2 % azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 %, son 1 ildə isə 36 % artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət iyulun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il avqustun sonuna isə 1,7 % olub.

Problemli kreditlərin artımı davam edərsə, bu vəziyyət bank sektoru və ümumilikdə iqtisadiyyat üçün hansı risklər yarada bilər?

İqtisadçı Xalid Kərimli hesab edir ki, problemli kreditlərin məbləğ ifadəsində həcmi artsa da, faiz nisbətində, yəni kredit portfelinə nisbətdə qeyri-işlək kreditlərin nisbəti demək olar dəyişmir. Ekspert Musavat.com-a qeyd edib ki, hazırkı həcm bank sektoru üçün komfortlu səviyyədədir – 3 faizin altındadır: “Bizdə iki rəqəmli, yaxud 7-8% olan dövrlər var idi. Uzun müddətdir ki, konkretləşdirsək, 3-4 ildir ya 3%-in altındadır, ya da ətrafında- 2.7–3.1% arasında gedib-gəlir. Nəzərə almaq lazımdır ki, ümumi kredit portfeli də artır. Kreditlərin sayı çox olanda problemli kreditlərin həcminin çoxalması ehtimalı da artır. Ona görə də bu, bank sektoru üçün kritik vəziyyət deyil”.

İqtisadçı Xalid Kərimli quru sərhədlərinin bağlı olması haqda danışır

İqtisadçının fikrincə, ölkədə kredit portfelinin 98%-indən çoxu banklara aiddir, prosesdə ciddi qayda var: “Qayda ondan ibarətdir ki, vətəndaşın gəlirinə nisbət var. Adi istehlak kreditində vətəndaşın aylıq kredit ödəməsi onun aylıq gəlirinin 45%-ini keçməməlidir. Yəni vətəndaşın gəliri 1000 manatdırsa, onun aylıq istehlak krediti ödəməsi 45%-i keçməməlidir, 450 manatdan çox olmamalıdır. Söhbət rəsmi gəlirdən gedir. Bu, ipoteka kreditində 70%-ə qədər qalxa bilər, amma istehlak kreditində 45%-dir. Mərkəzi Bank bu hissəni ciddi nəzarətdə saxlayıb və sərt qaydalar qoyub. Bir qədər yumşaldıb davranış maliyyələşməsi qoysa da, yəni gəlirə baxmadan kredit versə də, bu ümumi kredit portfelinin 10%-i keçməmək şərti ilədir. Yəni bu o deməkdir ki, problemli kreditlərin artmasının səbəbi kimə gəldi kredit verilməsi deyil. Aylıq 2 %-lə kredit verən Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) olan məhdudiyyət yoxdur. İstədiyi adama kredit verə bilər, amma qiymətləndirməni özləri aparır. Amma bu çox cüzi- 1-2%-lik hissədir. Təbii ki, fərdi qaydada problemli kreditin yaranma səbəbi gəlirin çatışmazlığıdır”.

Onun sözlərinə görə, banklar kredit verəndə bu məqamı nəzərə alırlar: “Problemli kreditlərin payının çoxalması faizləri artıra bilər. Çünki risk artanda kreditin qiyməti artır. Bir sözlə, sərt qaydalar var, hətta qonşu ölkələrdən də sərtdir. Bankların kredit verərkən borcalanın ödəmə qabiliyyətini düzgün qiymətləndirməsində isə problem yoxdur. Kifayət qədər şəffaf elektron sistemlər var. Hətta işçi olmadan da süni intellekt sistemləri ilə avtomatik rejimdə risklər qiymətləndirə bilirlər. Çünki xərclər, gəlir, iş yeri və s. bütün məlumatlar sistemdə mövcuddur. İstehlak kreditlərində problemli kreditlər 3.1–3.2% olur, biznes kreditləri 2.7–2.8%, ipoteka kreditləri ümumiyyətlə az olur, 1%-in altında olur. Hazırda riskli vəziyyət yoxdur”.\musavat.com\