Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Putin Lavrovla bağlı suallara aydınlıq gətirdi

Dünya

Putin Lavrovun biabır olması ilə bağlı yayılan xəbərləri inkar edib.

Cagdas.az Tengrinews.kz-a istinadən bildirir ki, Bişkekdə jurnalistlərlə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun biabır olması ilə bağlı daha əvvəl yayılan xəbərləri təkzib edib.

Rusiya prezidenti Lavrovun rüsvay olması ilə bağlı iddiaları “cəfəngiyyat” adlandırıb.

“O, rüsvay olmayıb, öz qrafiki var. O, mənə hesabat verdi və nə vaxt, nə edəcəyini söylədi. Məhz buna uyğun olaraq Amerikalı tərəfdaşları ilə görüşünə hazırlaşır”, – deyə Putin bildirib.

2025-ci ilin noyabrında bir sıra media orqanlarında və sosial mediada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vladimir Putin qarşısında rəğbətini itirdiyinə dair şayiələr yayılıb. Bəzi ekspertlər bunu Rusiya Xarici İşlər Nazirliyinin qarşıdakı “sülh danışıqları” üçün “təşkilati yenidənqurması” ilə əlaqələndiriblər.