• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.8° Weather Columbus
$
1.7
€
1.9507
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ramiz Mehdiyevin məhkəməsi başlayıb

21 Sentyabr, 26 / 9:44
A A

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Cagdas.az  xəbər verir ki, iş üzrə hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.

Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb.

DTX-nin yaydığı məlumata əsasən, həyata keçirilən kompleks tədbirlər nəticəsində Ramiz Mehdiyev, Abbas Abbasov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli saxlanılıblar. Həmin iş çərçivəsində 2025-ci ilin noyabrında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da həbs olunub.

İttiham aktına görə, xarici ölkənin xüsusi xidmət orqanları Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adlı qurumdan istifadə ediblər. “Milyarderlər İttifaqı” kimi tanınan təşkilatın rəhbərləri Abbas Abbasov və Rüstəm İbrahimbəyovun, eləcə də Ramiz Mehdiyev, Əli Kərimli, AXCP üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zahid və digər şəxslərin dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi barədə razılığa gəldikləri iddia olunur.

İstintaq materiallarında bildirilir ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənəd hazırlayıb.

İttihama əsasən, xarici dildə tərtib olunan həmin material razılaşdırılması üçün Mehdiyevin köməkçisi Eldar Əmirov və digər şəxslər vasitəsilə Əli Kərimliyə təqdim edilib. Sənədin yekun redaktə olunmuş nüsxəsinin isə 2025-ci il oktyabrın 3-də “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərildiyi və bu prosesin texniki vasitələrlə qeydə alındığı bildirilir.

Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının köməyi ilə dövlət hakimiyyətinin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş fəaliyyətdə, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici dövlət nümayəndələrinə yardım göstərməkdə ittiham edilir.

İttiham aktında onun 2025-ci il oktyabrın 13-dək cinayət yolu ilə əldə olunduğu iddia edilən 17 milyon manatdan çox vəsaiti leqallaşdırdığı da göstərilib.

Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda daha hansı banklar birləşdiriləcək? – Mərkəzi Bank açıqladı

Sentyabr 21, 2026
Cəmiyyət

Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq

Sentyabr 21, 2026
Cəmiyyət

Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı

Sentyabr 21, 2026
Cəmiyyət

Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”

Sentyabr 21, 2026
Cəmiyyət

Bakıda ev qiymətinə qaraj: Binanın parkinqi kimindir? – ARAŞDIRMA

Sentyabr 21, 2026
Cəmiyyət

“Şamaxinka”da bu avtobuslar saxlamayacaq

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

Azərbaycanda daha hansı banklar birləşdiriləcək? – Mərkəzi Bank açıqladı

21 Sentyabr, 26 / 14:03

Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq

21 Sentyabr, 26 / 13:49

Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı

21 Sentyabr, 26 / 13:35

Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”

21 Sentyabr, 26 / 13:21

Bakıda ev qiymətinə qaraj: Binanın parkinqi kimindir? – ARAŞDIRMA

21 Sentyabr, 26 / 13:08

“Şamaxinka”da bu avtobuslar saxlamayacaq

21 Sentyabr, 26 / 12:55

Azərbaycana yük gətirib, yük aparan ölkələrin SİYAHISI

21 Sentyabr, 26 / 12:41

Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

21 Sentyabr, 26 / 12:27

Uroloqdan diqqətçəkən AÇIQLAMA: Sərin temperatur sperma keyfiyyətinə təsir edir

21 Sentyabr, 26 / 12:22

Qarabağda dünya xristianları üçün önəmli 3 kilsə

21 Sentyabr, 26 / 12:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.