Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rusiya–Qazaxıstan hərbi tərəfdaşlığında yeni mərhələ

Dünya

Rusiya və Qazaxıstanın müdafiə nazirlikləri arasında 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Çağdaş.Az xəbər verir ki, sənəd imzalanma mərasimində Rusiyanın müdafiə naziri Andrey Belousov və Qazaxıstanın müdafiə naziri Aydos Mırzaxmetov tərəfindən təsdiqlənib.

Bundan əvvəl işgüzar səfərlə Qazaxıstanda olan Belousov ölkənin müdafiə naziri ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın mövcud vəziyyətini, regional təhlükəsizlik məsələlərini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İmzalanan 2027-ci il üzrə əməkdaşlıq planının iki ölkənin müdafiə nazirlikləri arasında birgə fəaliyyətin və hərbi əlaqələrin inkişafına xidmət edəcəyi bildirilir.