Rusiya 2026-cı il 22 may tarixindən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edib.
Çağdaş.Az xəbər verir ki, bu barədə Rusiyanın “Rosselxoznadzor” xidməti məlumat yayıb.
Bildirilir ki, tədbir Avrasiya İqtisadi Birliyi çərçivəsində karantin risklərinin qarşısının alınması və fitosanitar təhlükəsizliyin təmin olunması məqsədi daşıyır.
Rusiya tərəfi qeyd edir ki, məqsəd daxili bazarın və ixrac potensialının qorunmasıdır. Yoxlamaların nəticələrindən asılı olaraq məhdudiyyətlərin müddəti və şərtləri yenidən nəzərdən keçirilə bilər./Globalinfo.az/
















