• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

 SEPAH-ın XƏBƏRDARLIĞI Bakıya da çatdı

21 May, 26 / 15:31
A A

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ və İsrailə sərt xəbərdarlıq edib.

Çağdaş.Az-ın “Təsnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İİKK bəyanatında bildirib ki, İrana qarşı mümkün təcavüz təkrarlanarsa, cavab addımları yalnız regionla məhdudlaşmayacaq.

SEPAH-ın açıqlamasında vurğulanıb ki, ABŞ və İsrail bu xəbərdarlığı ciddi qəbul etməlidir:

“Biz müharibə adamlarıyıq, gücümüzü boş bəyanatlarda və virtual səhifələrdə deyil, döyüş meydanında görəcəksiniz”.

Qeyd edək ki, son dövrlər Yaxın Şərqdə artan gərginlik fonunda tərəflər arasında qarşılıqlı ittihamlar və sərt bəyanatlar intensivləşməkdədir. Səsləndirilən “müharibəni regiondan kənara çıxararıq” bəyanatı ilk baxışda birbaşa ABŞ və İsrail-ə yönəlsə də, bu ritorikanın dolayısı ilə region ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşmədiyi aydındır.

Azərbaycan İranla uzun sərhədə malikdir və bu amil istənilən regional eskalasiyanı avtomatik olaraq Bakının təhlükəsizlik gündəminə daxil edir. Hərbi qarşıdurma ssenarilərində sərhəd bölgələrində gərginlik, qaçqın axını və ya qeyri-sabitlik riski yarana bilər. Azərbaycan həm Qərb, həm də region ölkələri ilə balanslı siyasət yürütməyə çalışır. Lakin İran-İsrail və ya İran-ABŞ qarşıdurmasının dərinləşməsi Bakını daha həssas mövqeyə sala bilər. Xüsusilə Azərbaycanın İsraillə əməkdaşlığı Tehranın diqqətində olan əsas məqamlardan biridir.

Regionda müharibə ehtimalı enerji marşrutları üçün ciddi risklər yaradır. Azərbaycan Avropaya enerji ixrac edən əsas ölkələrdən biri kimi bu prosesdə strateji rol oynayır. Hər hansı destabilizasiya həm iqtisadi, həm də siyasi nəticələr doğura bilər. SEPAH-ın xəbərdarlığı birbaşa Azərbaycanı hədəf almasa da, onun təsir dairəsi regionun bütün ölkələri kimi Bakını da əhatə edir. Mövcud vəziyyətdə Azərbaycan üçün əsas prioritet sabitliyi qorumaq, balanslı xarici siyasəti davam etdirmək və mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görməkdir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bu dəfə vəziyyətin fərqli olduğunu qeyd edib. “İlk növbədə 40 günlük müharibə qlobal və regional güclər üçün təcrübə oldu. Bu hadisələr koalisiya qüvvələrinə İranı tanıtdı. Elə Tehran rejimi də bəzi dərslər götürdü və potensialını sınaqdan keçirdi. 40 günlük müharibənin 12 günlükdən böyük fərqi də ortaya çıxdı. Yəni İranın və ona dəstək verən Çinin müqaviməti 40 günlük müharibədə daha çox göründü. Ona görə də həm ABŞ-İsrail müştərək qüvvələri bəzi ağır reallıqları nəzərdən keçirir, həm də İran səhvlərini təhlil edir. Bu mənada yeni müharibə çətin olacaq. Məncə, hərbi əməliyyatları bərpa etməyəcəklər”, – deyə Ç. Qənizadə belə proqnozlaşdırıb.

Hüquqşünasın sözlərinə görə, eyni zamanda, Azərbaycan da bu proseslərdən praqmatik siyasəti ilə üzüağ çıxmağı bacardı: “40 günlük müharibədə Azərbaycan-İran münasibətləri böyük sınaqdan çıxdı. Əvvəlcə gərginlik yaşandı, sonra yumşalma müşahidə olundu. İran tərəfi sonuncu dəfə yenə bəyan etdi ki, Bakı və Ankaraya məlum hücumların onlar tərəfindən edilmədiyi izah olunub. O baxımdan, nəzəri cəhətdən müharibə yenidən başlasa belə, İrandan Azərbaycana hücum məntiqsiz hərəkət olardı. Yəni Tehran səhvini təkrarlamaz. Ancaq yaddan çıxarmayaq ki, İranda bəzi dairələr Azərbaycana düşmən kəsilib və hər an təxribata can ata bilər. O səbəbdən, İran hakimiyyəti təhdidlər yağdıranda ətrafına diqqət yetirməlidir. Hər halda, Azərbaycanla yenidən gərginlik istəməzlər”.

Ç.Qənizadənin fikrincə, eskalasiya riski həmişə var və buna hazır olmalıyıq. Ancaq hüquq müdafiəçisi növbəti savaşı çıxış yolu kimi görmür./Referans media/

Bənzər Xəbərlər

Dünya

Ağ Ev Trampın “öldürdüyü” liderlərin siyahısını yaydı

May 21, 2026
Dünya

SON DƏQİQƏ: Qazaxıstandan AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

May 21, 2026
Dünya

Müctəba Xameneinin arxasında dayanan qüvvə – Gizli sistem üzə çıxdı

May 21, 2026
Dünya

ABŞ İran ətrafında lazer silahı yerləşdirdi

May 21, 2026
Dünya

Azərbaycan-İran sərhədi ilə bağlı qərar verildi – TƏCİLİ

May 21, 2026
Dünya

Rusiyadan Ermənistana qadağa: Mayın 22-dən sonra mümkün olmayacaq

May 21, 2026

XƏBƏR LENTİ

Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?

21 May, 26 / 16:29

Ağ Ev Trampın “öldürdüyü” liderlərin siyahısını yaydı

21 May, 26 / 16:00

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

21 May, 26 / 15:46

 SEPAH-ın XƏBƏRDARLIĞI Bakıya da çatdı

21 May, 26 / 15:31

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

21 May, 26 / 15:17

Bakıya güclü yağış yağacaq - Sabahın havası

21 May, 26 / 15:03

Emmanuel Makron Azərbaycan Prezidentinə zəng edib

21 May, 26 / 14:48

Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ

21 May, 26 / 14:34

SON DƏQİQƏ: Qazaxıstandan AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

21 May, 26 / 14:20

Bakının Baş Planında əsas məsələ tıxaclardır

21 May, 26 / 14:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.