Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Tarkandan səhnədə qayınanası ilə qayınatasına diqqət çəkən sözlər – (Video)

Maqazin

Məşhur türkiyəli müğənni Tarkan Almaniyada keçirilən konsertində səhnədə yaşanan səmimi anlarla diqqət mərkəzinə düşüb.

Cagdas.az xəbər verir ki, ifa zamanı tamaşaçılar arasında əyləşən qayınanası və qayınatasına müraciət edən sənətçi zarafatla “Canım qaynanam, canım qaynanam” deyərək zalı güldürüb. Onun bu yumorlu çıxışı alqışlarla qarşılanıb.

Tarkan daha sonra ailə üzvlərinə jest edərək, onların xüsusi sevdiyi mahnını səsləndirəcəyini bildirib. Müğənninin bu addımı konsert iştirakçılarının rəğbətini qazanıb.

Konsertin yaddaqalan məqamlarından biri də Tarkanın səhnədə alman dilində sərbəst danışması olub. Onun almanca çıxışı tamaşaçıların marağına səbəb olub, görüntülər isə qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq müzakirələr yaradıb.

Qeyd edək ki, Tarkan uzun illərdir Almaniya ilə sıx bağlıdır və hazırda ailəsi ilə birlikdə bu ölkədə yaşayır.(milli.az)