Son dəqiqə
Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib

Təhlükəli mallar bazardan yığışdırılacaq

Cəmiyyət

İnsanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı yeni hüquqi mexanizm müəyyənləşdirilir.

Cagdas.az  xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Texniki tənzimləmə haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni maddəyə görə, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur.

Bu tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqlədiyi qaydalara uyğun həyata keçiriləcək.

Layihənin əsaslandırmasına görə, dəyişiklik təhlükəli malların bazarda qalmasının, bununla da insanların həyat və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda, qanunla belə mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsi də konkretləşdirilir.