Son dəqiqə
Təyyarə heyətinin iş və istirahət vaxtı üçün qaydalar hazırlanacaq Belə taksi sürücülərinə cinayət işi açıla bilər — Açıqlama Kommunal ödənişlərlə bağlı ABONENTLƏRİN DİQQƏTİNƏ Noyabrın 26-na olan hava proqnozu açıqlandı BDYPİ sürücülərə xəbərdarlıq etdi Sabiq icra başçısının 3 milyon manatlıq əmlakı üzərinə həbs qoyuldu – Siyahı İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşıldı İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi Vaşinqtonun qərarı Berlini narahat edir – ABŞ hərbçiləri Almaniyanı tərk edə bilər Misir Mərdanov Məleykə Abbaszadəyə tabe olacaq – Bir-birlərini ittiham edirdilər

Təyyarə heyətinin iş və istirahət vaxtı üçün qaydalar hazırlanacaq

Cəmiyyət

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrin heyət üzvlərinin iş və istirahət vaxtını tənzimləyən qaydalar hazırlanacaq.

Cagdas.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi uçuş vaxtı və uçuş iş vaxtı da daxil olmaqla, heyətin iş və istirahət rejiminə dair qaydaların layihəsini dörd ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və digər aidiyyəti qurumlarla razılaşdırılacaq.

Ədliyyə Nazirliyinə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qanuna və onun tətbiqi ilə bağlı Prezident fərmanına uyğunlaşdırılması üzrə təklifləri beş ay ərzində hökumətə təqdim etmək tapşırılıb.

Sərəncam noyabrın 25-də, imzalandığı gün qüvvəyə minib.