Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan bölgədəki münaqişə fonunda atəşkəsin uzadılması qərarını müsbət qiymətləndirdiyini bildirib. O, Türkiyənin Suriyaya dəstəyinin fasiləsiz davam edəcəyini, həmçinin Livandakı vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.
Türkiyə lideri NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısına hazırlıqların davam etdiyini də diqqətə çatdırıb. Ərdoğan Zirvənin uğurla keçirilməsi üçün maksimum səy göstərildiyini vurğulayıb.
Prezident Ərdoğan ABŞ-ın San-Dieqo şəhərində məscidə edilən hücumla bağlı Donald Trampa başsağlığı verib./Globalinfo.az
















